“Qarabağ”, “Qəbələ” və “Neftçi” mərhələ adlamağa borcludurlar

592

İyunun 20-də Çempionlar Liqası və Avropa Liqasında 2016-2017-ci il mövsümünün ilk iki turunun püşkatma mərasimi keçirildi. İsveçrənin Nyon şəhərində baş tutan püşkatmada Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ”, həmçinin Avropa Liqasında mübarizə aparacaq “Qəbələ”, “Neftçi” və “Kəpəz”in rəqibləri müəyyənləşdi.
İlk növbədə etiraf etmək lazımdır ki, püşkün nəticəsi həm komandaların, həm də azarkeşlərin ürəyincə oldu. Xüsusən də, “Qarabağ”ın mərhələ adlayacağına artıq şübhə yoxdur. Çünki rəqib Lüksemburq təmsilçisi “Düdelanj” olacaq. Doğrudur, “Düdelanj” 12 qat ölkə çempionudur. Lakin onların şəraiti və heyəti ilə “Qarabağ”ı müqayisə etmək doğru olmaz. İlk görüşünü iyulun 12-də və ya 13-də evdə keçirəcək Premyer Liqa çempionu cavab matçına bir həftə sonra çıxacaq.
Ardıcıl 3-cü dəfə bürünc mükafata sahib çıxaraq Avropa Liqasına vəsiqə qazanan “Qəbələ” yenə Gürcüstan təmsilçisi ilə qarşılaşacaq. Ötən mövsüm Tbilisi “Dinamo”sunu I mərhələdə mübarizədən kənarlaşdıran “qırmızı-qaralar” bu dəfə nisbətən zəif “Samtredia”nı sınağa çəkəcəklər. Düzdür, yay fasiləsində bölgə təmsilçisi bir neçə aparıcı oyunçusu ilə yollarını ayırdı. Amma fikrimizcə, “Qəbələ” bu heyətlə də mərhələ adlamaq iqtidarındadır.
Püşkün “Neftçi”nin də üzünə güldüyünü demək olar. Malta təmsilçisi “Baltsan”a rəqib olan “flaqman” heyəti zəifləməsinə baxmayaraq, hazırkı durumda belə, bu komandanı üstələməyə borcludur.
Yalnız “Kəpəz”i çətin sınaq gözləyir. Hər halda uzun fasilədən sonra avrokuboklarda iştirak şansı əldə edən Gəncə təmsilçisinin hazırkı heyəti ilə orada uğurlu nəticə əldə edəcəyini gözləmək yersiz olar. Amma “Daçiya” hər nə qədər “Kəpəz” üçün çətin görünsə də, keçilməz komanda da deyil.
Avroliqadakı komandalarımızın II mərhələdəki potensial rəqibləri də məlumdur. “Neftçi” “Baltsan” səddini aşacağı təqdirdə, növbəti mərhələdə “Şkendiya” (Makedoniya) – “Krakoviya” (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək. “Kəpəz” “Daçiya”nı mübarizədən kənarlaşdırsa, ya Avstriya, ya da Slovakiyaya səfər edəcək. Çünki rəqib “Admira” (Avstriya) – “Spartak” (Slovakiya) cütünün qalibi olacaq. O ki qaldı “Qəbələ”yə, şimallılar “Samtredia”ya sensasiya imkanı verməsələr, II mərhələdəki potensial rəqibləri “Aktobe” (Qazaxıstan) – MTK (Macarıstan) cütünün xoşbəxt komandası olacaq.
Çempionlar Liqası
I təsnifat mərhələsi
(28-29 iyun, 5-6 iyul)
1. “Flora” (Estoniya) – “Linkoln” (Cəbəllütariq)
2. TNS (Uels) – “Tre Penne” (San-Marino)
3. “Valletta” (Malta) – “Torshavn” (Farer adaları)
4. “Santa Koloma” (Andorra) – “Alaskert” (Ermənistan)
II təsnifat mərhələsi
(12-13 və 19-20 iyul)
“Qarabağ” (Azərbaycan) – “Düdelanj” (Lüksemburq)
“Hapoel” (Beyer-Şeva, İsrail) – “Şerif” (Moldova)
“Olimpiya” (Sloveniya) – “Trençin” (Slovakiya)
“Zalsburq” (Avstriya) – “Liepaya” (Latviya)
“Vardar” (Makedoniya) – “Dinamo” (Zaqreb, Xorvatiya)
“Ludoqorets” (Bolqarıstan) – “Mladost” (Monteneqro)
“Dinamo” (Tiflis, Gürcüstan) – 4-cü cütün qalibi
“Jalgiris” (Litva) – “Astana” (Qazaxıstan)
“Skenderbeu” (Albaniya) – “Ferensvaroş” (Macarıstan)
2-ci cütün qalibi – APOEL (Kipr)
“Zrinski” (Bosniya və Herseqovina) – “Legiya” (Polşa)
1-ci cütün qalibi – “Seltik” (Şotlandiya)
BATE (Belarus) – SJK (Finlandiya)
“Rusenborq” (Norveç) – “Norçepinq” (İsveç)
3-cü cütün qalibi – “Srvena Zvezda” (Serbiya)
”Dandalk” (İrlanaiya) – “Hafnarfyorfur” (İslandiya)
”Kruzaders” (Şimali İrlandiya) – “Kopenhagen” (Danimarka)
Avropa Liqası
I təsnifat mərhələsi
(30 iyun – 7 iyul)
“Midtyulland” (Danimarka) – “Suduva” (Litva)
“Levadiya” (Estoniya) – “Torshavn” (Farer adaları)
“Şemrok Rovers” (İrlandiya) – “Rovaniemi” (Finlandiya)
“Breydablik” (İslandiya) – “Yelqava” (Latviya)
“Domjale” (Sloveniya) – “Lusitanos” (Andorra)
“Videoton” (Macarıstan) – “Zarya” (Moldova)
“Zimbru” (Moldova) – “Çixura” (Gürcüstan)
“Beroe” (Bolqarıstan) – “Radnik” (Bosniya və Herseqovina)
“İnfonet” (Estoniya) – “Harts” (Şotlandiya)
“Atlantas” (Litva) – HİK (Finlandiya)
“Valyur” (İslandiya) – “Brondbü” (Danimarka)
“Runavik” (Farer adaları) – “Şaxtyor” (Belarus)
“Bokelj” (Monteneqro) – “Voyvodina” (Serbiya)
“Santa Koloma” (Andorra) – “Lokomotiv” (Xorvatiya)
“Sloboda” (Bosniya və Herseqovina) – “Beytar” (İsrail)
“La Fiorita” (San-Marino) – “Debretsen” (Macarıstan)
“Stabek” (Norveç) – “Konna Kvey” (Uels)
“Höteborq” (İsveç) – “Landudno” (Uels)
“Aberdin” (Şotlandiya) – “Fola” (Lüksemburq)
AİK (İsveç) – “Bala Taun” (Uels)
AEK (Kipr) – “Folqor” (San-Marino)
“Pünik” (Ermənistan) – “Europa” (Cəbəllütariq)
“Kukesi” (Albaniya) – “Rudar” (Monteneqro)
“Vaduts” (Lixtenşteyn) – “Sileks” (Makedoniya)
“Ventspils” (Latviya) – “Vikinqur” (Farer adaları)
“Sent Patriks” (İrlandiya) – “Jeness” (Lüksemburq)
“Nomme Kalyu” (Estoniya) – “Trakai” (Litva)
“Differdanj” (Lüksemburq) – “Kliftonvill” (Şimali İrlandiya)
“Dila” (Gürcüstan) – “Şirak” (Ermənistan)
“Çukariçki” (Serbiya) – “Ordabası” (Qazaxıstan)
“Neftçi” (Azərbaycan) – “Baltsan” (Malta)
“Makkabi” Təl-Əviv (İsrail) – “Qoritsa” (Sloveniya)
“Linfild” (Şimali İrlandiya) – “Kork Siti” (İrlandiya)
“Reykyavik” (İslandiya) – “Qlenavon” (Şimali İrlandiya)
“Dinamo” (Belarus) – “Spartak” (Latviya)
“Odd” (Noeveç) – “Mariehamn” (Finlandiya)
“Şiroki Briyeq” (Bosniya və Herseqovina) – “Birkirkara” (Malta)
“Rabotniçki” (Makedoniya) – “Buduçnost” (Monteneqro)
“Admira” (Avstriya) – “Spartak” M (Slovakiya)
“Qəbələ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan)
“Teuta” (Albaniya) – “Kayrat” (Qazaxıstan)
“Slaviya” (Bolqarıstan) – “Zaqlebiye” (Polşa)
“Spartak” T (Slovakiya) – “Hiberniians” (Malta)
“Aktobe” (Qazaxıstan) – MTK (Macarıstan)
“Banants” (Ermənistan) – “Omoniya” (Kipr)
“Partizani” (Albaniya) – “Slovan” (Slovakiya)
”Şkendiya” (Makedoniya) – “Krakoviya” (Polşa)
“Kəpəz” (Azərbaycan) – “Daçiya” (Moldova)
II təsnifat mərhələsi
(14 iyul – 21 iyul)
“Dila” (Gürcüstan) – “Şirak” (Ermənistan) cütünün qalibi – “Spartak” T (Slovakiya) – “Hiberniians” (Malta) cütünün qalibi
”Dinamo” (Belarus) – “Spartak” (Latviya) cütünün qalibi – “Sent Patriks” (İrlandiya) – “Jeness” (Lüksemburq) cütünün qalibi
“Partizan” (Serbiya) – “Slaviya” (Bolqarıstan) – “Zaqlebiye” (Polşa) cütünün qalibi
“Bokelj” (Monteneqro) – “Voyvodina” (Serbiya) cütünün qalibi – “Stabek” (Norveç) – “Konna Kvey” (Uels) cütünün qalibi
“Nomme Kalyu” (Estoniya) – “Trakai” (Litva) cütünün qalibi – “Makkabi” (H, İsrail)
“Hibernian” (Şotlandiya) – “Valyur” (İslandiya) – “Brondbü” (Danimarka) cütünün qalibi
“Runavik” (Farer adaları) – “Şaxtyor” (Belarus) cütünün qalibi – “Domjale” (Sloveniya) – “Lusitanos” (Andorra) cütünün qalibi
“Austriya” (V, Avstriya) – “Kukesi” (Albaniya) – “Rudar” (Monteneqro) cütünün qalibi
“Aktobe” (Qazaxıstan) – MTK (Macarıstan) cütünün qalibi – “Qəbələ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan) cütünün qalibi
“Beroe” (Bolqarıstan) – “Radnik” (Bosniya və Herseqovina) cütünün qalibi – “Atlantas” (Litva) – HİK (Finlandiya) cütünün qalibi
“Şemrok Rovers” (İrlandiya) – “Rovaniemi” (Finlandiya) – “Santa Koloma” (Andorra) – “Lokomotiv” (Xorvatiya)
“Neftçi” (Azərbaycan) – “Baltsan” (Malta) cütünün qalibi – “Şkendiya” (Makedoniya) – “Krakoviya” (Polşa) cütünün qalibi
“Qrasshoppers” (İsveçrə) – “Reykyavik” (İslandiya) – “Qlenavon” (Şimali İrlandiya) cütünün qalibi
“Midtyulland” (Danimarka) – “Suduva” (Litva) cütünün qalibi – “Vaduts” (Lixtenşteyn) – “Sileks” (Makedoniya) cütünün qalibi
“Zimbru” (Moldova) – “Çixura” (Gürcüstan) cütünün qalibi – “Osmanlıspor” (Türkiyə)
“Yannina” (Yunanıstan) – “Odd” (Noeveç) – “Mariehamn” (Finlandiya) cütünün qalibi
“Şiroki Briyeq” (Bosniya və Herseqovina) – “Birkirkara” (Malta) cütünün qalibi – “İnfonet” (Estoniya) – “Harts” (Şotlandiya) cütünün qalibi
“Aberdin” (Şotlandiya) – “Fola” (Lüksemburq) cütünün qalibi – “Ventspils” (Latviya) – “Vikinqur” (Farer adaları) cütünün qalibi
“Admira” (Avstriya) – “Spartak” (Slovakiya) cütünün qalibi – “Kəpəz” (Azərbaycan) – “Daçiya” (Moldova) cütünün qalibi
“Videoton” (Macarıstan) – “Zarya” (Moldova) cütünün qalibi – “Çukariçki” (Serbiya) – “Ordabası” (Qazaxıstan) cütünün qalibi
“Differdanj” (Lüksemburq) – “Kliftonvill” (Şimali İrlandiya) cütünün qalibi – AEK (Kipr) – “Folqor” (San-Marino) cütünün qalibi
”Maribor” (Sloveniya) – “Levski” (Bolqarıstan)
“Haken” (Norveç) – “Linfild” (Şimali İrlandiya) – “Kork Siti” (İrlandiya) cütünün qalibi
AİK (İsveç) – “Bala Taun” (Uels) cütünün qalibi – “Pünik” (Ermənistan) – “Europa” (Cəbəllütariq) cütünün qalibi
“Pyast” (Polşa) – “Höteborq” (İsveç) – “Landudno” (Uels) cütünün qalibi
“Teuta” (Albaniya) – “Kayrat” (Qazaxıstan) cütünün qalibi – “Makkabi” Təl-Əviv (İsrail) – “Qoritsa” (Sloveniya) cütünün qalibi
“Levadiya” (Estoniya) – “Torshavn” (Farer adaları) cütünün qalibi – “Slaviya” (Çexiya)
“Partizani” (Albaniya) – “Slovan” (Slovakiya) cütünün qalibi – “Breydablik” (İslandiya) – “Yelqava” (Latviya) cütünün qalibi
“La Fiorita” (San-Marino) – “Debretsen” (Macarıstan) cütünün qalibi – “Torpedo” (Gürcüstan)
“Genk” (Belçika) – “Rabotniçki” (Makedoniya) – “Buduçnost” (Monteneqro) cütünün qalibi
“Sloboda” (Bosniya və Herseqovina) – “Beytar” (İsrail) cütünün qalibi – “Banants” (Ermənistan) – “Omoniya” (Kipr) cütünün qalibi
“İaşi” (Rumıniya) – “Hayduk” (Xorvatiya)
”Sonderyuske” (Danimarka) – “Stromsqodset” (Norveç)

12 qat çempion, tanış rəqib, 79 və 80 yaşlı zəiflər

2016-2017-ci il mövsümündə Azərbaycanı Avropa arenasında təmsil edəcək komandaların ilk rəqibləri artıq məlum olub. “Qarabağ” Çempionlar Liqasının 2-ci, “Qəbələ”, “Neftçi” və “Kəpəz” isə Avropa Liqasının 1-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaqlar. Püşkün nəticəsi, yəqin ki, azarkeşlərin ürəyincə oldu. Çünki 4 komandanın hər birinin münasib rəqiblə düşdüyünü söyləmək olar. Hazırkı vəziyyətdə “Düdelanj”ın “Qarabağ”ı, “Baltsan”ın “Neftçi”ni, “Samtredia”nın isə “Qəbələ”ni üstələməsi o qədər də inandırıcı görünmür. Yalnız “Kəpəz”in “Daçiya” ilə işinin çətin olacağını proqnozlaşdırmaq olar.

Rəqiblər barədə ətraflı məlumatı oxuduqdan sonra sizin də eyni fikirdə olacağınızı düşünürük. Elə isə klublarımızın rəqiblərini tanıyaq…

“Düdelanj”

“Qarabağ”ın rəqibi olan Lüksemburq çempionu “Düdelanj”ın 25 yaşı var. Əsası 1991-ci ildə qoyulan “Düdelanj” 3 klub – “Allyans”, “Stad” və YUS-un birləşməsindən yaranıb. Yaşının çox olmamasına rəğmən, komanda bu vaxta qədər 12 dəfə ölkə çempionu adını qazanıb, 5 dəfə isə gümüş medallara sahib çıxıb. 6 dəfə Lüksemburq Kubokuna sahib olan “qırmızı-sarılar” eyni sayda kubokun finalında məğlub olublar. Bu vaxta qədər avrokuboklarda 46 oyuna çıxmış “Düdelanj” aktivinə 8 qələbə və 5 heç-heçə yazdırıb. 33 dəfə meydanı məğlub tərk edən Lüksemburq çempionu bu oyunlarda 48 qol vurub, 111 top buraxıb. “Qarabağ”ın rəqibinin heyətində Fransa, Bosniya və Herseqovina, Belçika, Mərakeş, Konqo, Anqola və Qanadan olan legionerlər çıxış edirlər. Xüsusilə fransızların sayı çoxluq təşkil edir – 6 futbolçu. Heyətdə Lüksemburq millisinin 5 üzvü var. Ümumi dəyəri 2,7 milyon avro olan komandanın ən bahalı futbolçuları Fransa və Konqo vətəndaşlığına sahib olan Rodrige Dikaba, həmçinin bosniya və herseqovinalı Sanel İbrahimoviçdir (200 min avro). Baş məşqçisi fransalı Mişel Lefloçman olan “Düdelanj”ın təmsil etdiyi şəhərin əhalisi cəmi 19 min 734 nəfərdir. Komanda ev oyunlarını 2950 nəfərlik tamaşaçı tutumuna malik “Yos Nosbaum” stadionunda keçirir. Ötən mövsüm Avropa Liqasında oynamış “Düdelanj” birinci təsnifat mərhələsindəcə mübarizəni dayandırıb. İrlandiya təmsilçisi “Dublin”lə üz-üzə gəlmiş lüksemburqlular ilk oyunda 2:1 hesablı qələbə qazansalar da, cavab matçında 0:1 hesabı ilə uduzaraq, mübarizəni dayandırıblar.

“Baltsan”

Baltsan şəhərini təmsil edən eyniadlı komanda 1937-ci ildə yaradılsa da, hansısa ciddi uğuru yoxdur. Onlar indiyədək yalnız I divizionda 1-ci (2011) və 2-ci (2003) yeri tutublar. Şəhərin gənclərindən təşkil olunan komandasının Malta Premyer Liqasında debütü 2003-cü ilə təsadüf edib. Lakin həmin mövsüm yarışda 9-cu yeri tutduqlarından, I diviziona qayıdıblar. “Baltsan”ın yüksək liqaya qayıdışı 7 mövsümdən sonra reallaşıb və komanda 2012-ci ildə 6-cı olub. Onların ölkə kubokunda ən yaxşı göstəricisi isə 2009/2010 mövsümünə təsadüf edib ki, həmin vaxt komanda 1/4 finala kimi irəliləyib. Son mövsümdə 4-cü yerdə qərarlaşmaqla, ən yaxşı nəticəsini müəyyənləşdirən komanda avrokubokda ötən il debüt edib. Lakin Bosniya və Herseqovinanın “Jelezniçar” klubu ilə qarşılaşan “Baltsan” evdə 0:2, səfərdə isə 0:1 hesabı ilə uduzub. Prezidenti Anton Taqliaferro olan klubu Oliver Spiteri çalışdırır. Onlar oyunlarını 17 min tamaşaçı tutumuna malik “Ta Kali” stadionunda keçirirlər. Heyətində Braziliya, Kolumbiya, Çernoqoriya, İtaliya və Moldovadan legionerlər çıxış edirlər.

“Samtredia”

“Samtredia”nın əsası 1936-cı ildə qoyulub. “Qəbələ”nin 80 yaşlı rəqibi ev oyunlarını Erosi Mandjqaladzenin adını daşıyan 15 minlik stadionda keçirir. “Samtredia” əvvəllər fərqli adlarda çıxış edib. Belə ki, komanda müxtəlif vaxtlarda “Lokomotiv”, “Sanavardo”, “Djuba” və “İberiya” adlarını daşıyıb. Fəaliyyəti “Lokomotiv” adı ilə başlayan indiki “Samtredia” SSRİ-nin ikinci liqasında mübarizəyə start verib. Komandanın ən uğurlu vaxtları “İberiya” adını daşıdığı dönəmə, daha dəqiq desək, 1994-1996-cı illərə təsadüf edir. Həmin vaxt Gürcüstan çempionatında ikinci yeri tutan indiki “Samtredia” ilk dəfə ölkəni UEFA Kubokunda təmsil etmək hüququna yiyələnib. “Qəbələ”nin rəqibi avrokuboklarda debüt mövsümündə (1995/1996) Makedoniya təmsilçisi “Vardar”la qarşılaşıb və hər iki görüşdə rəqibinə boyun əyib – 0:2, 0:1. Bu klub Gürcüstan yığmasının sabiq oyunçusu Kaxa Kaladzeni yetirməklə də ad çıxarıb. 2015/2016 mövsümündə “Samtredia” tarixində ikinci dəfə Gürcüstan çempionatının gümüş medallarına sahib çıxıb və avrokubokda iştirak hüququ əldə edib. Komandanın baş məşqçisi yerli mütəxəssis Gia Tsetsadzedir. “Samtredia”nın heyətini bütünlüklə gürcü futbolçular təşkil edir.

“Daçiya”

1999-cu ildə yaradılan “Daçiya” debüt mövsümündə (2000/01) A divizionunda 4-cü yeri tutub. Növbəti mövsümdə A divizionunun qalibi olan komanda yüksək liqaya vəsiqə qazanıb. Elitadakı debüt mövsümündə 4-cü yeri tutaraq, “İntertoto” kubokuna vəsiqə əldə edən “sarı canavarlar” orda iki mərhələ adlayıb və yalnız Almaniya “Şalke”sinə məğlub olublar. 2002/2003 mövsümündən bəri hər il yüksək liqada iştirak edən “Daçiya”nın ən zəif nəticəsi 2005/2006 mövsümünə təsadüf edib ki, həmin mövsüm komanda çempionatı 6-cı pillədə başa vurub. Yeganə çempionluğunu 2010/2011 mövsümündə əldə edən moldovalılar 5 dəfə gümüş (2007/08, 2008/09, 2011/12, 2012/13, 2014/15), 1 dəfə isə (2004/05) bürünc mükafata layiq görülüblər. Moldova Kubokunda 4 dəfə (2004/05, 2008/09, 2009/10, 2014/15) finala adlayan “Daçiya” bütün hallarda məğlub olub. Komanda 2011-ci ildə Moldova Superkubokunu qazanıb. “Daçiya” avrokuboklar tarixində ikinci dəfə ölkəmizə səfər edəcək. 2003-cü ildə “İntertoto” kubokunda 2 mərhələ keçən “sarı-göylər” 2007-ci ildə həmin turnirin I mərhələsində “Bakı”ya rəqib olub. Hər iki matçda 1:1 hesabı qeydə alındığından, penaltilər seriyasına müraciət edilib. Penaltiləri daha dəqiq yerinə yetirən “Daçiya” “Bakı”dan sonra daha bir rəqibi üstələyib və III mərhələdə “Hamburq”a “ilişib”. Cəmi 1 dəfə Çempionlar Liqasında iştirak hüququ qazanan “Daçiya” 2011/12 mövsümünün II mərhələsində “Zestafoni”yə boyun əyib. Bu komanda Avropa Liqasına isə 7 dəfə qatılıb. Kişinyov təmsilçisi ən yaxşı halda 1 mərhələ (4 dəfə) adlamağa müvəffəq olub. Ötən mövsüm Avroliqanın I mərhələsində “Renova”dan (Makedoniya) güclü olan (4:1, 1:0) “Daçiya” II mərhələdə Slovakiya “Julina”sına (1:2, 2:4) yenilib. Rusiyalı Adlan Şişkanovun sahibi olduğu “Daçiya”nın prezidenti yerli Zinaida Jioredir. Komandanın baş məşqçisi isə Ukrayna əsilli Oleq Bejenardır. 45 yaşlı mütəxəssis ötən ildən “Daçiya”nın “sükanı” arxasındadır. Komanda ev oyunlarını 10 min 500 tamaşaçı tutumuna malik “Zimbru” stadionunda keçirir. O ki qaldı heyətinə, “Daçiya”nın 12 əcnəbi futbolçusu var. Onlar arasında ukraynalılar çoxluq təşkil edirlər. Belə ki, əcnəbilərdən 7-si məhz ukraynalıdı. Bundan əlavə, Bejenarın ixtiyarında Makedoniya, Rusiya, Çexiya və Toqodan (2 futbolçu) da futbolçular var. “Daçiya”nın heyətində 7 milli üzvü var. Belə ki, Artyom Qaydukeviç, Simeon Bulqaru, Vyaçeslav Posmaç, Yejeniu Koçuk və Vitali Bordian Moldova, Sapol Mani ilə Abdul Mamah isə Toqo yığmalarına dəvət alırlar. Denis Kozanov Ukrayna yığmasının sabiq üzvüdü. Bundan başqa, Jiri Jeslinek Çexiyanın, Maksim Feşçuk isə Ukraynanın U-21 millisində çıxış edib.

Ömər Məmmədli