Bu gün Topaz Premyer Liqada 9-cu tura yekun vurulub.
Son oyun günündə 2 qarşılaşma keçirilib. Günün ilk matçında “Səbail” autsayderlər qrupunda yer alan “Keşlə” ilə üz-üzə gəlib.
Turun mərkəzi görüşü isə “Bakcell Arena”da olub. Burada çempionatın lideri “Neftçi” ikinci pillədə qərarlaşan “Qarabağ”ı qəbul edib.
Bu komandalar arasında ilk dövrədə “Azersun Arena”dakı görüşdə qalib müəyyənləşməmişdi – 1:1.
Qeyd edək ki, turun ilk iki oyunu dünən keçirilib.
Topaz Premyer Liqası, 9-cu tur
28 oktyabr (bazar)
17:00. “Neftçi” – “Qarabağ” – 3:1
Qollar: Abbas Hüseynov, 10-avtoqol, (1:0), Mirabdulla Abbasov, 25 (2:0), Mahir Mədətov, 85 (2:1), Baqali Dabo, 88 (3:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə
“Bakcell Arena”
15:00. “Səbail” – “Keşlə” – 2:1
Qollar: Yevgeni Koçuk, 24 (1:0), Fəhmin Muradbəyli, 29 (2:0), Denis Silva, 90+2 (2:1)
Qırmızı vərəqə: Yevgeni Koçuk, 48-ikinci sarı vərəqə (“Səbail”)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov
“Bayıl Arena”
27 oktyabr
18:00. “Sumqayıt” – “Qəbələ” – 2:2
16:00. “Sabah” – “Zirə” – 2:1
N | Klublar | O | Q | H | M | T/F | X |
1 | Neftçi | 9 | 7 | 1 | 1 | 19-7 | 22 |
2 | Qarabağ | 8 | 5 | 1 | 2 | 14-10 | 16 |
3 | Səbail | 9 | 5 | 1 | 3 | 11-12 | 16 |
4 | Sabah | 9 | 5 | 1 | 3 | 8-9 | 16 |
5 | Sumqayıt | 9 | 3 | 2 | 4 | 10-11 | 11 |
6 | Qəbələ | 9 | 2 | 3 | 4 | 12-13 | 9 |
7 | Keşlə | 8 | 1 | 2 | 5 | 7-12 | 5 |
8 | Zirə | 9 | 1 | 1 | 7 | 7-16 | 4 |
Bombardirlər
Marko Deviç (“Sabah”) -5 qol
Baqali Dabo (“Neftçi”) – 5 qol
İnnosent Emeqara (“Qarabağ”) – 4 qol
qol.az