“Qarabağ” “Neftçi” ilə 8 illik xal fərqini qoruyub

0
179

Fevralın 8-də futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turun iki oyunu keçirilib. “Sumqayıt” komandası doğma meydanda – “Kapital Bank Arena”da “Zirə” klubunu 2:1 hesabı ilə məğlub edib.

Görüşdə hesab 13-cü dəqiqədə açılıb. “Sumqayıt”ın heyətində Elvin Cəfərquliyev fərqlənib. Qonaqlar 35-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Ağabala Ramazanov çərçivəni dəqiq nişan alıb. Lakin cəmi iki dəqiqə sonra qonaq komandanın yarımmüdafiəçisi İlkin Muradov ikinci sarı vərəqəni alaraq komandasını meydanda azlıqda qoyub. Birinci hissə bu hesabla yekunlaşıb – 1:1. Görüşün 66-cı dəqiqəsində Sumqayıt təmsilçisinin yarımmüdafiəçisi Xəyal Nəcəfov komandasını yenidən hesabda önə keçirib. Bu, oyunda vurulan sonuncu qol olub. Görüşün 68-ci dəqiqəsində “Zirə”nin daha bir futbolçusu – Ağabala Ramazanov qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Turun son və mərkəzi oyununda – Azərbaycan derbisində isə “Qarabağ” doğma meydanda “Neftçi” ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb. Bu nəticə ilə lider “Qarabağ” “Neftçi” ilə 8 illik xal fərqini qoruyub. Xatırladaq ki, çempionatın XVI turunun ilk iki matçında “Sabah” doğma meydanda “Qəbələ”ni (3:2), “Səbail” isə səfərdə “Keşlə”ni (0:1) məğlub edib.