“Qarabağ” “Nant”ı məğlub edib

37

Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazanıb.

G qrupunda yer alan komandamız Fransanın “Nant” klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda Ağdam təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

“Qarabağ”ın heyətində Kvabena Ovusu, Abdullah Zubir və Marko Yankoviç fərqləniblər.

G qrupunun digər matçında Yunanıstanın “Olimpiakos” klubu doğma meydanda “Frayburq”a (Almaniya) məğlub olub – 0:3.

“Nant” ilk turda “Olimpiakos”u məğlub edib – 2:1. “Qarabağ” isə Almaniyada “Frayburq”a eyni hesabla uduzub.

Almaniya klubu 6 xalla G qrupuna liderlik edir. “Qarabağ” və “Nant” klubları 3 xalla 2-3-cü pillədə yer alıblar. “Olimpiakos”un isə hesabında xal yoxdur.

Ağdam təmsilçisi növbəti oyununu oktyabrın 6-da səfərdə “Olimpiakos”a qarşı keçirəcək.

15 sentyabr

Avropa Liqası

Qrup mərhələsi, 2-ci tur

20:45. “Qarabağ” (Azərbaycan) – “Nant” (Fransa) – 3:0 

Qol: Ovusu Kvabena, 59, Abduallah Zubir, 65, Marko Yankoviç, 72
Baş hakim: Enea Jorgji (Albaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

20:45.“Olimpiakos” (Yunanıstan) – “Frayburq” (Almaniya) – 0:3
Qollar
: Hofler, 5, Qreqorits, 25, 53

Xal durumu: “Frayburq” (Almaniya) – 6, “Qarabağ” (Azərbaycan) – 3, “Nant” (Fransa) – 3, “Olimpiakos” (Yunanıstan) – 0.