“Qarabağ” mərhələni keçmək arzusundadır

0
333

Bu gün “Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində cavab matçına çıxacaq. Ağdamlılar Sloveniyanın “Olimpiya” komandası ilə üz-üzə gələcəklər.

Səfərdə 1:0 hesablı qələbə qazanan Azərbaycan çempionu doğma divarlar arasında mərhələni keçmək arzusundadır.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:00-da start götürəcək.

 

Çempionlar Liqası

I təsnifat mərhələsi (cavab oyunu)

18 iyul 2018

 

21:00. “Qarabağ” (Ağdam, Azərbaycan) – “Olimpiya” (Lyublyana, Sloveniya)

Baş hakim: Erez Papir

Yan xətt hakimləri: David Elias Bitton, Eliyahu Casapu

Ehtiyat hakim: David Fuxman (hamısı İsrail)

UEFA nümayəndəsi: Robert Kispal (Macarıstan)

İlk oyun: 1:0