“Qarabağ” “Keşlə”ni, “Qəbələ” “Sabah”ı məğlub edib

422

Dekabrın 16-da Azərbaycan kubokunun dörddəbir final mərhələsinə yekun vurulub. A “Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika stadionunda kubokun son sahibi “Keşlə” ilə üz-üzə gəlib.

Görüş “Qarabağ” komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada yeganə qolun müəllifi 65-ci dəqiqədə Rahil Məmmədov olub.

Bu gün “Qəbələ” doğma meydanda debütant “Sabah” klubunu qəbul edib. Görüş meydan sahiblərinin minimal hesabla qələbəsi ilə başa çatıb (1:0). Oyunda yeganə qol 45-ci dəqiqədə Filip İvanoviçin öz qapısına vurduğu qol olub.

Xatırladaq ki, dörddəbir final mərhələsinə dekabrın 15-də start verilib. “Zirə” doğma meydanda “Səbail”i (1:0), “Sumqayıt” isə səfərdə “Neftçi”ni məğlub edib (0:2).