“Qarabağ” “Kayrat”ı məğlub etdi

34

Bu gün Konfrans Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” da növbəti oyununa çıxıb. Qurban Qurbanovun komandası Qazaxıstanda “Kayrat”ın qonağı olub.

Bakıda keçirilən görüşdə əzmkar qələbə (2:1) qazanan Ağdam təmsilçisi səfərdə də 2:1 hesabı ilə qalib gəlib və 10 xalla qrup lideri olub.. “Qarabağ” bu qələbə sayəsində pley-offa vəsiqəni təmin edə bilər. Bunun üçün qrupun bu gün keçiriləcək digər matçında “Bazel” səfərdə “Omoniya”ya uduzmamalıdır.

4 noyabr

Konfrans Liqası

H qrupu, 4-cü tur

19:30. “Kayrat” (Qazaxıstan) – “Qarabağ” (Azərbaycan) – 1:2 

Qollar: Vadji, 58 (0:1), Kante, 68 (1:1), Zubir, 62 (1:2)
Baş hakim: Dumitri Muntean (Moldova)
Almatı. Mərkəzi Arena

21:45. “Omoniya” (Kipr) – “Bazel” (İsveçrə)

1

Qarabağ

4

3

1

0

8

3

10

2

Bazel

3

2

1

0

7

3

7

3

Kayrat

4

0

1

3

4

8

1

4

Omoniya

3

0

1

2

2

7

1