“Qarabağ” “Kəpəz”i, “Qəbələ” “Zirə”ni qəbul edəcək

406

Bu gün Azərbaycan Premyer Liqasında XXIV tur baş tutacaq. “apasport”un məlumatına görə, turun bütün oyunları eyni gündə keçiriləcək.

 

Günə Sumqayıtda start veriləcək. Yerli komanda “Neftçi”ni qəbul edəcək. Avrokuboklar uğrunda mübarizə aparan iki komandanın oyunu gərgin mübarizəyə səhnə olacaq. Son 4 turda xal üzünə həsrət qalan Samir Abasovun yetirmələri uğursuz seriyanı qırmaq əzmindədi. Bakılılar isə ardıcıl 3-cü qələbə üçün meydana çıxacaq. Elxan Abdullayevin yetirmələri avrokuboklara vəsiqə verən 4-cü pilləyə yaxınlaşmaq üçün mütləq səfər qələbəsi qazanmalıdı. Meydan sahibləri isə qələbə sayəsində rəqibini arxada qoymaq imkanına malikdi.

 

Bu görüşün startından yarım saat sonra isə “İnter” – AZAL oyunu başlayacaq. Matç “təyyarəçilər” üçün final ab-havasındadır. Belə ki, ardıcıl 9 oyundur qələbəyə həsrət qalan AZAL-ı Premyer Liqanı tərk etməyin qarşısını ən az bir həftəlik almaq üçün sadəcə 3 xal qane edəcək. Əks halda, Tərlan Əhmədovun komandası elə bu gündən elita ilə vidalaşmalı olacaq.

 

Çempionluq uğrunda qiyabi duel isə davam edir. Rəqiblər bu dəfə eyni vaxtda meydana çıxaraq həyəcanlarını yaşayacaqlar.

 

Belə ki, “Qarabağ” Bakıda “Kəpəz”i, “Qəbələ” isə doğma meydanda “Zirə”ni qəbul edəcək.

 

Son iki matçda qələbə qazanan Şahin Diniyevin yetirmələri lideri büdrətməklə Premyer Liqadakı yerini qorumağa çalışacaq. Qurban Qurbanovun yetirmələri isə zirvədə qalmaq üçün 3 xal qazanmalıdı

 

“Qarabağ”la xal fərqinin böyüməməsinə çalışan, ağdamlıların büdrəyəcəyi halda isə lider olacaq Roman Qriqorçukun yetirmələri qəsəbə klubunu itkisiz keçməyə iddialıdı. Ardıcıl 2 oyunda xal itirən əyalət klubu uğursuz seriyanı qırmasa, çempionluq yolunda böyük zərbə alacaq. Avrokuboklar üçün mübarizə aparan Ayxan Abbasovun komandası isə ardıcıl ikinci dəfə “Qəbələ”dən xal almaq niyyətindədi. Son iki turu itkisiz keçən zirəlilər səfərə də xal ardınca yollanıb.

 

Azərbaycan Premyer Liqası

XXIV tur

2 aprel (bazar)

 

16:30. “Sumqayıt” – “Neftçi”

İlk 3 dövrədəki oyunlar: 2:1, 2:0, 0:1
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Cəmil quliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Şaiq Həmidov
Sumqayıt şəhər stadionu

 

17:00. İnter” – AZAL
İlk 3 dövrədəki oyunlar: 3:1, 3:0, 1:0
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elşad Abdullayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
“İnter Arena”

 

18:30. “Qarabağ” – “Kəpəz”
İlk 3 dövrədəki oyunlar: 1:1, 1:0, 1:0
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Vüsal Qənbərov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Məlik Həsənov
Tofiq Bəhramov adına Respublika stadionu

 

18:30. “Qəbələ” – “Zirə”
İlk 3 dövrədəki oyunlar: 2:0, 1:0, 2:2
Hakimlər: İnqilab Məmmədov, İsgəndər Əliyev, Cavanşir Yusifov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
Qəbələ şəhər stadionu

 

1 Qarabağ

23

15

4

4

37-11

49

2 Qəbələ

23

13

8

2

42-13

47

3 İnter

23

10

9

4

33-23

39

4 Zirə

23

8

6

9

20-23

30

5 Neftçi

23

8

2

13

19-36

26

6 Sumqayıt

23

6

7

10

20-30

25

7 Kəpəz

23

5

9

9

16-24

24

8  AZAL

23

1

7

15

10-37

10

Bombardir: Filip Ozobiç (“Qəbələ”) – 11