“Qarabağ” İsveçrənin “Sürix”inə qalib gəlib

22

Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasında növbəti qələbəsini qazanıb.

Turnirin ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Ağdam təmsilçisi İsveçrənin “Sürix” komandasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matç Azərbaycan çempionu “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində İbrahima Vadji dubl edib, Kadi Borges isə fərqlənib. Rəqib komandanın qollarını Lindrit Kamberi və Mirlind Kryeziu vurublar.

“Qarabağ” birinci təsnifat mərhələsində Polşa “Lex”ini iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb – 0:1;5:1. “Şürix” isə avrokuboklarda mübarizəyə bu mərhələdən başlayacaq.

Cavab oyunu iyulun 27-də İsveçrədə keçiriləcək. “Sürix”i üstələyəcəyi təqdirdə, “Qarabağ” UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Əks halda, Azərbaycan təmsilçisi Avropa Liqasının eyni raundunda “Linfild” (Şimali İrlandiya) – “Budyo Qlimt” (Norveç) cütünün məğlub komandası ilə görüşəcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
19 iyul
20:00. “Qarabağ” (Azərbaycan) – “Sürix” (İsveçrə) – 3:2
Qollar: 
Kadi Borqes, 17, İbrahima Vadji, 36, 66 – Lindrit Kamberi, 65, Mirlind Kryeziu, 85 (pen.)
Baş hakim: İrfan Peljto (Bosniya və Herseqovina)
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov
“Sürix”: 25. Yanik Brexer 2. Lindrit Kamberi 3. Adrian Gerrero, 6. Fidan Aliti, 10. Antonio Markesano, 16. Mark Hornşux, 19. Nikola Boraniyaşeviç, 21. Blerim Cemayli, 22. Vilfred Qnonto, 23. Fabian Roner, 31. Mirlind Kryeziu
Ehtiyat oyunçular: 1. Jivko Kostadinoviç, 34. De Nitti, 7. Bledian Krasniqi, 8. Ole Selnes, 9. İvan Santini, 11. Jonatan Okita, 15, Ayequn Tosin,  17. Şeyk Konde, 28. Karol Mets, 33. Ştefan Zayler, 35, İlan Sauter, 39. Akakiy Qogia
Baş məşqçi: Franko Foda
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu