“Qarabağ” evdə “Zirə” ilə qarşılaşıb

30

Mayın 8-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.  “Qarabağ” evdə “Zirə” ilə qarşılaşıb. “Azersun Arena”da baş tutan matçda meydan sahiblərinin çoxsaylı hücumlarına baxmayaraq, hesab açılmayıb.

Ötən tur çempionluğunu rəsmiləşdirən “köhlən atlar” bu nəticə ilə xallarını 60-a çatdırıb. Paytaxt klubu isə 43 xalla 3-cü pillədə yer alıb.

Günün ilk oyununda “Sabah” səfərdə “Səbail”ə 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, tura mayın 9-da keçiriləcək “Sumqayıt” – “Şamaxı” və “Qəbələ” – “Neftçi” matçları ilə yekun vurulacaq.

Bu nəticələrdən sonra “Neftçi”nin mövsümü 2-ci pillədə başa vuracağı dəqiqləşib. Çünki “ağ-qaralar” sona 2 tur qalmış ən yaxın izləyicisi olan “Zirə”ni 7 xal qabaqlayır

N Klublar O Q H M T-F X
1 Qarabağ 25 18 6 1 60-12 60
2 Neftçi 25 15 5 5 41-25 50
3 Zirə 26 12 7 7 32-27 43
4 Sabah 26 12 3 11 39-31 39
5 Qəbələ 25 10 8 7 35-33 38
6 Şamaxı 25 5 6 14 25-46 21
7 Sumqayıt 24 3 6 15 13-39 15
8 Səbail 26 4 3 19 17-49 15