“Qarabağ” ÇL-in 3-cü təsnifat mərhələsində

397

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb. Təmsilçimiz Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Samtredia” ilə qarşılaşıb.

 

İlk oyunda evdə 5:0 hesablı darmadağına sevinən çempionumuz formal cavab oyununda da qələbə qazanıb. Yeni transfer Donald Geryenin qolu matçda yeganə olub.

 

Bununla da rəqib meydanından da başı uca dönən ağdamlılar həm də ölkəmizin ümumi reytinq hesabına növbəti xalları əlavə edib.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

18 iyul

 

“Samtredia” (Gürcüstan) – “Qarabağ” (Azərbaycan) – 0:1

Qol: Gerye, 22

 

Baş hakim: Srcan Yovanoviç

Yan xətt hakimləri: Uroş Stoykoviç, Milan Mihayloviç

Dördüncü hakim: Marko Popoviç (hamısı Serbiya)
UEFA nümayəndəsi: Pol Daniel Zaharia (Rumıniya)

Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)

Tiflis. Boris Payçadze adına “Dinamo Arena”

İlk oyun – 0:5