“Qarabağ” Çempionlar Liqasında cavab oyununu keçirəcək

0
349

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxacaq. “apasport”un məlumatına görə, təmsilçimiz Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Samtredia” ilə qarşılaşacaq.

 

Tiflisdəki səfər görüşü böyük ölçüdə formal xarakter daşıyır. Buna səbəb ilk oyunun nəticəsidi. Bakıda qonaqların qapısından 5 cavabsız qol keçirən Ağdam klubu demək olar ki, cütün taleyini həll edib.

 

Buna baxmayaraq, Qurban Qurbanovun yetirmələrinin qarşısında yenə çətin vəzifə durur. Gürcüstan çempionu ilə ikinci görüşü zədə və cəzasız başa vurmaq, üstəlik reytinq savaşı aparmaq lazımdı.

 

Söhbət 5:0 hesablı qələbədən sonra arxayınlaşıb, kiçik hesablı yenilgi almamaqdan gedir. Bu, həm ölkəmizin reytinqi, həm də “Qarabağ”ın öz imici üçün önəmlidi. Çempionumuz rəqib meydanına qələbə ilə Azərbaycanın hesabına daha 0,250 xal əlavə etmək üçün çıxmalıdı.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

18 iyul

 

21:00. “Samtredia” (Gürcüstan) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Srcan Yovanoviç

Yan xətt hakimləri: Uroş Stoykoviç, Milan Mihayloviç

Dördüncü hakim: Marko Popoviç (hamısı Serbiya)
UEFA nümayəndəsi: Pol Daniel Zaharia (Rumıniya)

Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)

Tiflis. Boris Payçadze adına “Dinamo Arena”

İlk oyun – 0:5