“Qarabağ”-“Bazel” – 0:0

40

Futbol üzrə UEFA Avropa Liqasının və UEFA Konfrans Liqasının 2021-2022-ci il mövsümünün qrup mərhələsinin birinci turunun oyunları keçirilib.

Turun ilk oyun günündə Avropa Liqasında 15, Konfrans Liqasında isə 14 görüş baş tutub.

Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

UEFA Avropa Liqası:

A qrupu

“Bröndbü” (Danimarka) – “Sparta Praqa” (Çexiya) – 0:0;

“Qlazqo Reyncers” (Şotlandiya) – “Lion” (Fransa) – 0:2.

B qrupu

“Monako” (Fransa) – “Şturm Qrats” (Avstriya) – 1:0;

PSV (Niderland) – “Real Sosyedad” (İspaniya) – 2:2.

C qrupu

“Lester Siti” (İngiltərə) – “Napoli” (İtaliya) – 2:2.

D qrupu

“Ayntraxt” (Frankfurt, Almaniya) – “Fənərbağça” (Türkiyə) – 1:1;

“Olimpiakos” (Yunanıstan) – “Antverpen” (Belçika) – 2:1.

E qrupu

“Qalatasaray” (Türkiyə) – “Latsio” (İtaliya) – 1:0;

“Lokomotiv” (Moskva, Rusiya) – “Marsel” (Fransa) – 1:1.

F qrupu

“Midtüllan” (Danimarka) – “Ludoqorets” (Bolqarıstan) – 1:1;

“Srvena Zvezda” (Belqrad, Serbiya) – “Braqa” (Portuqaliya) – 2:1.

G qrupu

“Bayer Leverkuzen” (Almaniya) – “Ferentsvaroş” (Macarıstan) – 2:1;

“Betis” (İspaniya) – “Seltik” (Şotlandiya) – 4:3.

H qrupu

“Dinamo Zaqreb” (Xorvatiya) – “Uest-Hem Yunayted” (İngiltərə) – 0:2;

“Rapid Vyana” (Avstriya) – “Genk” (Belçika) – 0:1.

UEFA Konfrans Liqası:

A qrupu

HİK (Finlandiya) – LASK (Avstriya) – 0:2.

B qrupu

“Flora” (Estoniya) – “Gent” (Belçika) – 0:1.

“Anortosis” (Kipr) – “Partizan” (Serbiya) – 0:2.

C qrupu

“Budyo Qlimt” (Norveç) – “Zarya Luqansk” (Ukrayna) – 3:1;

“Roma” (İtaliya) – MOİK (Sofiya, Bolqarıstan) – 5:1.

D qrupu

“Randers” (Danimarka) – “AZ Alkmar” (Niderland) – 2:2;

“Yablonets” (Çexiya) – “ÇFR Kluj” (Rumıniya) – 1:0.

E qrupu

“Slaviya Praqa” (Çexiya) – “Union Berlin” (Almaniya) – 3:1.

F qrupu

“Linkoln” (Cəbəllütariq) – PAOK (Yunanıstan) – 0:2;

“Slovan” (Bratislava, Slovakiya) – “Kopenhagen” (Danimarka) – 1:3.

G qrupu

“Mura” (Sloveniya) – “Vitess” (Niderland) – 0:2;

“Renn” (Fransa) – “Tottenhem” (İngiltərə) – 2:2.

H qrupu

“Kayrat” (Qazaxıstan) – “Omoniya” (Kipr) – 0:1;

“Qarabağ” (Azərbaycan) – “Bazel” (İsveçrə) – 0:0.

Qeyd edək ki, Avropa Liqasında C qrupunun sentyabrın 15-də keçirilmiş görüşündə Polşanın “Legiya” klubu səfərdə Rusiyanın “Spartak” komandasını məğlub edib (1:0). Konfrans Liqasında isə ilk iki oyun sentyabrın 14-də keçirilib. Təl-Əvivin “Makkabi” klubu evdə Ermənistanın “Alaşkert” komandasını darmadağın edib – 4:1. “Makkabi Hayfa” isə Niderlandın “Feyenoord” komandası ilə qolsuz heç-heçə edib.