“Qarabağ” ardıcıl dördüncü dəfə Azərbaycan çempionu olan birinci klub oldu

0
324

Topaz Premyer Liqasında 2016/17 mövsümünün çempionu müəyyənləşib. Ağdamın “Qarabağ” klubu qızıl medalları XXVI turda təmin edib. Əyalət klubu “İnter”lə səfər oyununda (3:0) xal hesabını 56-ya çatdırıb. 2-ci pillədə qərarlaşan “Qəbələ” səfərdə “Kəpəz”ə 0:2 hesabı ilə uduzduğundan Qurban Qurbanovun yetirmələri sona 2 tur qalmış 1-ci yeri təmin edib. İzləyicisini 7 xal qabaqlayan “Qarabağ” ardıcıl 4-cü, ümumilikdə 5-ci dəfə Azərbaycan çempionu olub. Ağdam təmsilçisi ölkə futbolu tarixinə ardıcıl 4 mövsüm 1-ci yeri tutan ilk komanda kimi düşüb. 2013/14, 2014/15, 2015/16 mövsümlərində də çempion olan “Qarabağ” ilk uğurunu 1993-cü ildə əldə edib.

Qeyd edək ki, ümumilikdə “Neftçi” 8, “Qarabağ” 5, “Kəpəz” 3, “İnter”, “Bakı”, “Şəmkir” 2, “Turan”la “Xəzər Lənkəran” 1 dəfə Azərbaycan çempionu olub.

1992 “Neftçi” (Bakı)
1993 “Qarabağ” (Ağdam)
1993/94 “Turan” (Tovuz)
1994/95 “Kəpəz” (Gəncə)
1995/96 “Neftçi” (Bakı)
1996/97 “Neftçi” (Bakı)
1997/98 “Kəpəz” (Gəncə)
1998/99 “Kəpəz” (Gəncə)
1999/2000 “Şəmkir”
2000/01 “Şəmkir”
2001/02 yarımçıq qalıb
2003/04 “Neftçi” (Bakı)
2004/05 “Neftçi” (Bakı)
2005/06 “Bakı”
2006/07 “Xəzər Lənkəran”
2007/08 “İnter” (Bakı)
2008/09 “Bakı”
2009/10 “İnter” (Bakı)
2010/11 “Neftçi” (Bakı)
2011/12 “Neftçi” (Bakı)
2012/13 “Neftçi” (Bakı)
2013/14 “Qarabağ” (Ağdam)
2014/15 “Qarabağ” (Ağdam)
2015/16 “Qarabağ” (Ağdam)
2016/17 “Qarabağ” (Ağdam)