“Qarabağ” AEL ilə qarşılaşacaq

52

“Qarabağ” klubunun UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Bu, Kiprin AEL komandasıdır.  “Qarabağ” AEL ilə ilk görüşünü avqustun 5-də səfərdə, cavab qarşılaşmasını avqustun 12-də evdə keçirəcək.

Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv dünən UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən qarşılaşmada İsrailin “Aşdod” komandasını məğlub edib. Matçın 5-ci dəqiqəsində Ağdam təmsilçisinin yarımmüdafiəçisi Filip Ozobiç hesabı açmağa nail olub: 0:1. Xatırladaq ki, Bakıda keçirilən matç qolsuz bərabəriklə başa çatmışdı: 0:0.