Qara Qarayevin 100 illiyinə həsr olunmus açıq dərslər keçirilib

444

Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik yubileyinin qeyd olunması Mingəçevir Turizm Kollecində zəngin və rəngarəng tədbirlər proqramı üzrə aparılır. Proqrama müxtəlif diskussiya, sərgi, müsabiqə, konfransların keçirilməsi daxildir. Kollecdə mövcud olan ənənələrdən biri də tarixi günlərə, əlamətdar hadisələrə həsr olunmuş xüsusi dərslərin  təşkil edilməsidir.

 

Kollecdə görkəmli bəstəkarQara Qarayevin 100 illik yubleyinin keçirilməsi ilə əlaqədar 2017-2018-ci tədris ilinin II semestrinin ilk dərsləri dahi bəstakarın yaradıcılığına həsr olunub. Dərslərdə qrup tələbələri ilə yanaşı mövzu ilə maraqlanan digər qrupların tələbələrinin, müəllimlərin iştirakına da şərait yaradılıb. Müəllimlər ənənəvi pedaqoji  qaydalara riayət  edərək əvvəlcə Azərbaycanın musiqi mədəniyyətinə aid  qısa sorğu keçirib. Mövzuya  dair tələbələrin bilikləri barəsində məlumat əldə edilib. Dərsin gedişində öncə tələbələrə Qara Qarayevin  həyat yolu  barədə məlumat verilib, təhsili, yetişdirdiyi tələbələrin uğurlarından danışılıb. Dinləyicilər bəstəkarın əsərləri barədə olduqca müfəssəl  məlumatlarla tanış olub. Dərslərdə xüsusilədə “Yeddi gözəl “və “İldırımlı yollarla” baletlərinin incəsənətimizdəki yeri və əhəmiyyəti vurğulanıb. Dərslərin sonunda iştirakçıları maraqlandıran çoxsaylı suallara aydınlıq gətirilib, dinləyicilərin mövzu ilə bağlı fikirləri öyrənilib.

Esmira Hidayətova, Mingəçevir