“Qara bəbir” ləqəbli Yev Yaşin

669

 

 

Onun adı bir vaxtlar  dünyanın ən güclü futbolçularından biri kimi çəkilir, şəninə çox tərifli sözlər deyilirdi. Həqiqətən də o dünyanın ən məşhur futbol qapıçılarından biri hesab edilirdi və belə demək mümkünsə həmin dövrdə SSRİ futbolunu bütün dünyada məşhurlaşdıran da onun qapıda göstərdiyi qeyri-adı oyun idi. O dünya futbolu tarixinə 100 oyunda qapısından qol buraxmayan yeganə qapıçı kimi adını qızılı hərflərlə yazdırıb. Futbol karyerası dövründə Moskvanın “Dinamo” və SSRİ yığma komandasının heyətində 438 oyunda meydana çıxan bu məşhur futbolçu 207 oyunda qapısından qol buraxmayaraq dünyada özünəməmxsus bir rekorda imza atıb.

Təsadüfi deyil ki, məhz buna görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən 20-ci əsrin ən yaxşı qapıçısı seçilib.

Amma bir vaxtlar onun adı yalnız ən yaxşı futbol deyil, həm də hokkey qapıçısı kimi çəkilirdi.

Əfsanəvi qapıçı xokkeydə də uğurlara imza atıb. O, hokkeylə futboldan əvvəl məşğul olub. Məşhur qapıçı 1950-53-cü illərdə hokkey üzrə keçirilən ölkə çempionatının güclülər dəstəsində çıxış edib. 1953-cü ildə isə gələcəyin məşhur futbol qapıçısı olacaq bu böyük insan hokkey üzrə SSRİ kubokunu və ölkə birinciliyinin bürünc medalını qazandı. Üstəlik, 1954-cü ildə keçirilən dünya çempionatı ərəfəsində onu hokkey üzrə SSRİ yığma komandasına dəvət etdilər. O yığma komandada qapıçı funksiyasında çıxış edəcəkdi. Ancaq həmin  dövrdə SSRİ-də və dünyada futbola maraq çox güclü olduğundan bu  məşhur insan həyatını sevimli oyununa həsr etməyi qərara alaraq hokkeylə birdəfəlik üzülüşdü. Sonralar dünya futbolunun əfsanəsinə çevriləcək bu böyük insan dünya futbolu tarixində bu günə kimi yeganə hesab edilən və qapıçılar arasında ilk dəfə “Qızıl top” mükafatına layiq görülən məşhur futbolçu Lev Yaşin idi. Lev Yaşin SSRİ yığmasının tərkibində1956-cı ildə Olimpiya, 1960-cı ildə Avropa çempionu oldu. O Moskvanın “Dinamo” futbol klubunun heyətində 5 dəfə SSRİ çempionu olmaq şərəfinə nail oldu. Futbol karyerası ərzində SSRİ-nin Əməkdar İdman ustası, “Sosialist Əməyi Qəhrəmanı” fəxri adlarına layiq görüldü. Bir sözlə o sağlığında ikən dünya futbolunun əfsanəsinə çevrilmişdi və üstündən yarım əsrə yaxın vaxt keçməsinə baxmayaraq adı dünya futbolunda XX əsrin ən yaxşı qapıçılarından biri kimi çəkilir.

 

Ağır uşaqlıq illəri

Gələcəyin məşhur futbol qapçısı olacaq Lev Yaşin 1929-cu ildə Moskva ətrafındakı Boqoqrodskoye rayonunda kasıb fəhlə, çilincər İvan Petroviç və Aleksandra Petrovnlarına ailəsində anadan oldu. 13 yaşına kimi yaşadığı ərazidə həmyaşıdları ilə küçədə top qovdu. Amma həmin dövrdə ağlına belə gəlməzdi ki, bir vaxtlar gələcək həyatını böyük futbola həsr edəcək və bununla da dünyada şöhrət qazanacaq.  İkinci dünya müharibəsi başlayandan 3 il sonra 1942-ci ildə Lev Yaşinin valideynlərinin işlədiyi zavodu Ulyanovska köçürdülər. Müharibənin ağır illərində 1943-cü ildə o 14 yaşında ikən bu savodda çilincər köməkçisi kimi işə düzəldi. Həmin dövrdə də o artıq belə demək mümkünsə futbolu demək olar yaddan çıxarmışdı. 16 yaşında olanda 1945-ci ildə fəal əməyinə görə Lev Yaşinə Böyük Vətən müharibəsində arxa cəbhdə göstərdiyi əməyə görə medal verdilər.

1944-cü ildə yenidən ailəsi ilə birlişkdə Moskvaya qayıdan Lev Yaşin dərhal işdən boş vaxtlarında sevimli futbol oyunu ilə məşğul olmağa başladı. Yayda futbol oynayırdı, qışda isə vaxtını boş keçirməmək üçün hokkeylə məşğul olurdu. Həmin dövrdə o həm hokkey, həm də futbol da qapıçısı rolunda uğurla çıxış edirdi və buna görə idman mütəxəssislərinin diqqətini özünə cəlb etmişdi.  18 yaşı olanda Lev Yaşini hqərbi xidmətə çağırdılar. O hərbi xidməti Moskva keçirməli oldu.

 

Hokkeyi futbola dəyişir

Hərbi xidmətdə olarkən ordu futbol klubunda göstərdiyi  əla oyunu ilə bu dəfə Lev Yaşin Moskvanın “Dinamo” futbol klubunun məşqçisi A. Çernışevin diqqətini özünə cəlb etdi. Çernışev Yaşini “Dinamo”nun gənclərdən ibarət futbol klubunda oynamağa dəvət etdi. 1949-u ilin yazında Lev Yaşin “Dinamo”nun əsas heyətinə cəlb edildi. O burada həmin dövrdə “Dinamo”nun məşhur qapıçısı Aleksey Xomiç və Valter Sanayanın əvəzedicisi kimi çıxış etməyə başladı. Buna paralel olaraq Lev Yaşin futbol mövsümü başa çatandan sonra başlayan hokkey  çempionatında da çıxış etməkdə davam edirdi.1950-1953-cü illərdə Lev Yaşin “Dinamo” hokkey klubunun heyətində oynadı. 1953-cü ildə isə hokkey üzrə SSSİ çempionatının bürünc mükafatını qazandı. Onu ən yaxşı hokkey qapıçısı kimi SSRİ-nin hokkeydən ibarət yığma komandasına dəvət etdilər. Buna paralel olaraq Lev Yaşini futbol üzrə SSRİ yığma komandasına da çağırmışdılar. Belə bir vəziyyətdə Lev Yaşin futbolu hokkeydən üstün tutaraq həyatını sevimli peşəsinə həsr etdi. Hadisələrin sonrakı gedişi göstərdi ki, o belə bir qərar qəbul etməklə səhv etməyib. Onu da deyək ki, SSRİ yığma futbol komandasının və “Dinamo”nun əsas qapıçısı olmaq Lev Yaşinə heç də asan başa  gəlmədi O vaxt “Dinamo”nun əsas qapıçsı Aleksey Xomiç idi və ona azarkeşlər qapıda göstərdiyi əla sıçrayışlı oyuna görə “pələng” ləqəbi vermişdilər. Amma Lev Yaşin “Dinamo”nun əsas heyətində çıxdığı ilk oyundaca Xomiçə güclü rəqib olacağını nümayiş etdirdi. Qısa müddətdən sonra Yaşin nəinki “Dinamo” komandasının, həm də SSSRi yığma komandasının əsas oyunçularından birinə çevrildi. 1954-cü ildə Lev Yaşini SSRİ yığma komandasına dəvət etdilər və o burada da göstərdiyi parlaq oyunu ilə dünya futbolunda böyük şöhrət qazanmağa başladı. Moskvanın “Dinamo” komandası Lev Yaşinin gəlişindən sonra özünün yeni gnclik dövrünü yaşamağa başladı. Lev Yaşin qapıda dayanandan sonra “Dinamo” 5 dəfə (1954-1959 və 1963-cü illər) SSRİ çempionu oldu, Dinamo həmçinin3 dəfə SSRİ kubokunu qazandı. Şübhəsiz ki, bütün bunlarda Lev Yaşinin böyük əməyi vardı.

Məşhur futbolçu 1950-ci illərdən başlayaraq qapıçı anlayışı ilə bağlı düşüncələri dəyişdirir. Çünki o vaxta qədər  qapı xəttini tərk etməyən, cərimə meydançasından kənara çox çıxmayan bir qapıçı tipi məşhur idi. Ancaq 1.85 sm boya malik Yaşin cəsarəti ilə bu anlayışı dəyişdirdi. O, cərimə meydançasına ötürülən topları tutmaq üçün qapısını tərk etməkdən çəkinmirdi. Çox yaxşı mövqe seçiminə sahib idi.

Yeri gəlmşkən onu da xatırladaq ki, Lev Yaşin 1954-1959-cu illərdə “Dinamo” klubunda azərbaycanlı futbolçu Ələkbər Məmmədovla, 1966-cı il dünya çempionatında isə yığmanın heyətində Anatoli Banişevski ilə birgə çıxış edib.

Adətən, Lev Yaşin  tünd-qırmızı rəngli kepka qoyurdu və bununla da o “qara kepkalı” kimi də diqqəti cəlb edərək milyonların sevimlisinə çevrilmişdi.

 

Uğur simvolu və “Qızıl top” mükafatı sahibi

Lev Yaşin SSRİ yığmasının da tərkibində uğurlu çıxışını davam etdirdi. O dövrdə deyirdilər ki, Lev Yaşinin ayağı uğurludur və SSRİ yığmasına və “Dinamo” komandasına uğur gətirib. Bu da əsassız deyildi. Lev Yaşin SSRİ yığmasının heyətində 1956-cı ildə Melburnda keçirilən olimpiya oyunlarında olimpiya çempionu oldu  1960-cı ldə isə SSRİ yığması ilə birgə Avropa çempionu oldu. Ümumiyyətlə SSRİ yığmasının heyətində Lev Yaşin1958-1962 və 1966-cı illərdə keçirilən dünya çempionatlarında iştirak edib. 1966-cı ildə İngiltərədə keçirilən futbol üzrə dünya çempionatında Lev Yaşin SSRİ yığması ilə birgə 4-cü yeri tutdu. Futbolçuya böyük öhrət gətirən bir hadisə isə 1963-cü ildə baş verdi. Lev Yaşin dünyanın yığma komandasının heyətində dünya futbolunun yubileyinə həsr olunmuş tarixi matçda- İngiltərə ilə keçirilən oyunda iştirak etdi

O, bu oyunun birinci hissəsində dünyanın yığma komandasının qapısını qorudu və top buraxmadı. O həmin matçda olduqca parlaq  oyunu ilə yadda qaldı. İkinci hissədə Yaşinin yerinə dünya yığma futbol komandasının qapısını başqa bir qapıçı qorudu. İngilislər yalnız bundan sonra qapıya yol tapa bilərək dünyanın yığma komandası üzərində 2:1 hesabı ilə qələbə çaldılar. O dövrdə dünyanın hər yerində Lev Yaşini “qara pantera” ( bəbir) və ya “Qara hörümçək” adlandırırdılar. Ona bu ləqəbi əla sıçrayışlarına və bir də daim meydana qara geyimdə çıxmasına görə vermişdilər. 1963-cü ildə dünya futbolunda göstərdiyi parlaq oyuna görə Lev Yaşin “Frans-futbol” həftəliyi tərəfindən təsis edilən “Qızıl top ” mükafatını alaraq Avropanın və dünyanın ən yaxşı qapıçısı elan edildi.

Lev Yaşinin dünya futbol tarixində “Qızıl top”u alan ilk qapıçı olması həqiqətən də böyük hadisələrdən biri idi. O vaxt ən tanınmış futbol mütəxəssisləri belə bir mükafatın Lev Yaşinə veriləcəyini gözləmirdi. Amma “Frans Futbol” nəşrinin sorğusuna əsasən, rəyi soruşulanlar cəsarətlə Avropanın ən yaxşı futbolçusu üçün təsis olunmuş “Qızıl top” mükafatına məhz Lev Yaşini layiq görmüşdülər. İş orasındadır ki, adətən qapıçılar hücumçularla müqayisədə həmişə kölcədə qalırdılar. Ən yaxşı qapıçı belə futbol mütəcəssisləri üçün  sadəcə olaraq əla qapıçı idi, ancaq, o hər halda oyunun taleyini həll edən komandasına qələbə qazandıran qol vuran hücumçu demək deyildi. Halbuki  dünya futbol tarixində bir çox həlledici oyunların qəhrəmanları qapıçılar olub və onların öz komandasının qələbəsində əvəzedilməz xidmətləri olduğu danılmaz faktlardandır. Yenə də təəssüflə deyək ki, əksər hallarda müdafiəçilərin səhvindən sonra qapıya vurulan qolda qapıçını günahlandırıblar və günümüzdə də günahlandırmaqda davam edirlər. Halbuki müdafiəçilərin əsas vəzifələrindən biri rəqib hücumçunun qapıya qol vurmasına imkan verməməkdir. Bu baxımdan Lev Yaşinin 1963-cü ildə dünyanın ən yaxşı qapıçısı elan edilməsi və “Qızıl top” mükafatına layiq görülməsi bəzi futbol mütəxəssisləri tərəfindən təəccüblə qarşılanmışdı. Amma bütün hallarda bu qərar ədalətli qərar idi və Lev Yaşin həqiqətən də o dövrdə dünya futbolunun ulduzlarından biri idi. Yenə də onu deyək ki, o dövrdə Lev Yaşinin “Qızıl top” alması SSRİ-də böyük coşqu ilə qarşılanmışdı.  Şairlər Lev Yaşinin şərəfinə şeirlər qoşur, onu tərənnüm edirdilər.

Şair Robert Rojdestvenski Yaşinə həsr etdiyi “Qoda letyat” ( “İllər ötür”) şeirində yazır:

“Mən heyranam onun( Lev Yaşinin) topun istiqamətini hiss etməyinə, onu tutmaq üçün cəsarətli sıçrayışlarına. Hər dəfə penaltini dəf edəndə illər şöhrətini gələcəyə aparır, illər ötür sənin şöhrətinlə, illər aparır şöhrətini gələcəyə ( hərfi tərcümə).

Məşhur şair  Yevgeni Yevtuşenko isə Lev Yaşinə həsr etdiyi  “Qapıçı qapıdan çıxır” şeirində vaxtı ilə onun qapıdan irəli çıxmasına irad tutanlarla azad siyasi iradə, demokratiya istəyənlərə qoyulan qadağaları müqayisə edərək yazmışdı: “Hara baxırsan, ölkədə qadağalar qara hörümçək toru kimi hər yeri örtüblər. Bu toru dağıdaraq onlardan hündürlüyə tullanmaq cəsarəti isə heç kimdə yox…

Yalançı azarkeşlər qapıçıya cərimə meydançasına çıxma, şairə siyasətə baş qoşma, deyirlər. Amma Yaşin bu qadağaları dağıtmağa özündə cəsarət tapdı, cərimə meydançasına çıxaraq əla sıçrayışla topu tutmaqla şöhrət qazandı ( hərfi tərcümə).

Bir sözlə ö dövrdə Lev Yaşinin “Qızıl top” alması SSRİ-də azadlıq, demokratiya istəyənlərin də ürəyindən olmuş, dünada demokratiyanı, haqq və ədaləti müdafiə edənlərin olduğuna onlarda inam yaratmışdı.

Lev Yaşini ömrünün sonuna kimi də dünyanın nə məşhur qapıçılarından biri olaraq qalmaqda davam etdi. Məşhur qapışı 1963-cü ildə Londonda, məşhur “Uembli” stadionunda İngiltərənin və dünya futbolunun 100 illik yubileyinə həsr olunmuş tarixi oyunda birinci hissədə dünyanın yığma komandasının qapısını qorudu və qapısından top buraxmadı .

O 1966-cı ildə  İngitərədə keçirilən dünya çempionatında 3-cü yer uğrunda Portuqaliya yığması ilə oynanılan oyunda SSRİ-nin qapısını qorudu. “Neftçi”nin məşhur hücumçusu Anatoli Banişevskinin də oynadığı bu oyunda SSRİ yığması rəqib komandaya 2:1 hesabı ilə məğlub oldaraq 4-cü yeri tutdu.  SSRi yığmasının məğlub olmasına və qapısından iki top buraxmasına baxmayaraq Yaşin dünyanın ən yaxşı qapıçılarından biri olduğunu sübut edə bildi. Lev Yaşin 1967-ci il iyul ayının 2-də İstanbulda Türkiyə milli komandasını “Qalatasaray”la oyuna çıxarır. Türklərin “Türkiyənin Yaşini” adlandırdığı sarı-qırmızılı Turqay Şərənin futbolla vida görüşündə bir sıra avropalı futbol ulduzları, o cümlədən də Yaşin iştirak etdi. Türkiyə Futbol Federasiyası Yaşinə böyük etimad göstərərək ona ölkə millisinin kapitan sarğısını etibar edir.

 

11 metrlik zərbələri dəf etmə ustası

 

Lev Yaşinin futbol karyerası ərzində ona ən çox şöhrət qazandıran və onda dünanın ən məşhur qapıçılarında belə olmayan qeyri-adi xüsusiyyət vardi. O da Yaşinin 11 metrlik cərimə zərbələrini tutmaqda və ya dəf etməkdə qeyri-adi  istedad nümayiş etdirməsi idi. Təsadüfi deyil ki, Lev Yaşin karyerası ərazində 100 dəfə 11 metrlik cərimə zərbəsini tuta, dəf edə bilib. Bu günə kimi dünyanın ən məşhur qapıçıları belə Yaşinin bu qeyri-adi rekordunu (100 dəfə 11 metrlik cərimə zərbəsini dəf etməsini) təkrar edə bilməyib. O dövrdə Avropanın və dünyanın məşhur futbolçularından biri olan ingiltərəli Bobbi Çarlton Yaşinin 11 metrlik cərimə zərbələri vurulacaq istiqaməti asanlıqla müəyyən etməsinə və topu tutmasına heyran olduğunu gizlətməyərək: ” Yaşinin qapısına təyin edilən 11 metrlik cərimə zərbəsi vuranlar Yaşini deyil, Yaşin onları aldadır. O həssaslıqla qarşısındakının qapının hansı küncünə topu yönəltdiyini hiss edir və onun ürəyini sanki oxuyur. Mən Yaşinin qapısına təyin edilən 11 metrlik cərimə zərbəsini vurmağa cəsarət etməzdim. Çünki 11 metrlik cərimə zərbəsini tutan qapıçı bununla nə qədər şöhrət qazanırsa, bu cərimə zərbəsini vura bilməyən futbolçu da o qədər özünü azarkeşlərin və futbol mütəxəssislərinin gözləri önündə pis vəziyyətə salır. Yaşin qeyri-adi qapıçıdır və onun ustalığına heyran olmamaq mümkün deyil. O gələcəkdə də dünyanın futbol tarixində ən məşhur qapıçı olaraq qalmaqda davam edəcək və mən buna şübhə etmirəm”,-demişdi.

İngiltərə yığma komandasının məşhur oyunçusunun uzaqgörənlklə dediyi sözlər bu gün də əhəmiyyətini itirməyib. Qeyd edək ki, Yaşinin məhz qeyri adı qapıçlıq məharəti ötən əsrin 60-cı illərində onun çıxış etdiyi Moskvanın “Dinamo” komandasının bir-birinin ardınca SSRİ çempionu olmasında önəmli rol oynadı.

Bu müstəvidə də qeyd edək ki, Yaşin “Dinamo”ya 1949-cu ildə gəlmişdi və karyerasının sonunadək də həmin klubun şərəfini qorudu, 1971-ci ilədək 18 il “Dinamo”nun əsas qapıçısı oldu, bu kmanda ilə birlikdə 5 dəfə SSRİ çempionu adını qazandı, 3 dəfə ölkə kubokuna yiyələndi. 100 oyunda qapısını toxunulmaz saxlayan ilk qapıçı kimi sovet futbolu tarixinə düşdü. Ümumiyyətlə, Yaşin 438 matçın 207-də qapısından top buraxmadı.

 

Lev Yaşin Ələkbər Məmmədovla dost idi

Məşhur qapıçı azərbaycanlı futbolçu  SSRİ-nin əməkdar idman ustası , SSRİ-nin əməkdar məşqçisi  Ələkbər Məmmədovla yaxından dost idi. Yaşinlə Məmmədovun dostluğu hələ onlar bir komandada oynamazdan əvvəl başlamışdı.  SSRİ çempionatında olduqca gözəl və texnikalı oyun nümayiş etdirən Ələkbər Məmmədov 1954-cü ildə Moskvanın “Dinamo” komandasında oynamağa dəvət edilir. Bu dövrdən də başlyaraq Ələkbər Məmədovla Lev Yaşin arasında olan dostluq telləri daha da möhkəmlənir. Onlar əksər hallarda bir yerdə olurdular və ailəvi dostluq edirdilər. Lev Yaşin dəfələrlə Ələkbər Məmmədovu evinə qonaq dəvət etmiş, eyni zamanda özü də azərbaycanlı dostunun evində olmuşdu. 1955-ci ildə İtaliyanın Milan şəhərinin San Siro stadionunda “Milan” komandası ilə keçirilən futbol matçında Ələkbər Məməmdov və Lev Yaşin əsas heyətdə meydana çıxdılar. Həmin oyunda belə demək mümkünsə SSRİ futbolunun imici sınaqdan keçirilirdi. Moskvada bundan əvvəlki oyunda 4:2 hesabı ilə qalib gələn “Milan” bu oyunda da “Dinamo”nu darmadağın etmək niyyətində idi. Hesabı da məhz onlar açdılar. Amma ikinci hissədə Ələkbər Məmmədov milanlıların qapısından 4 top keçirərək “Dinamo”nun 4:1 hesabı ilə qələbə qazanmasında önəmli rol oynadı. Bu oyundakı qələbədə təbii ki, Lev Yaşinin də böyük xidmətləri oldu. O akrobatiik sıçrayışlarla dəfələrlə komandasını qoldan xilas etdi.

(davamı olacaq)

Əziz Mustafa