Qaqauziya türk xalqının dəstəyinə ümid edir

1006
Son illərdə Moldova ilə Rumıniyanın vahid dövlətdə birləşə bilməsi barədə rəsmi səviyyədə verilən açıqlamalar Qaqauziyada narahatlıqla qarşılanmaqdadır.
Bu baxımdan Moldovanın AB ilə assosiativ saziş imzalamağa hazırlaşması və buna paralel olaraq Qaqauziyanın milli, mədəni, dil və digər problemlərinin həlli istiqamətində addımlar atmaması, əksinə, bu azsaylı xalqa qarşı şantaja və təzyiq vasitələrinə baş vurması Qaqauziyada mərkəzdənqaçma prosesini sürətləndirərək onu Türkiyə, Macarıstan və Rusiyadan kömək axtarmağa məcbur edib. Bu da başa düşüləndir. Belə ki, 350-400 min nəfər əhalisi olan Qaqauziyanın öz milli varlıqlarını qoruyub saxlaya bilməsi üçün, belə demək mümkünsə, “böyük qardaş”a ehtiyacı var. Bu müstəvidə də SSRİ dağılandan sonra müstəqilliyini elan edən Qaqauziyaya ilk qardaşlıq yardımını göstərən Türkiyə və Azərbaycan oldu. Xüsusilə Süleyman Dəmirəlin prezidentliyi dövründə Türkiyə-Qaqauziya münasibətləri sürətlə inkişaf etdirilməyə başladı. Həmin dövrdə onlarla qaqauz gəncin Türkiyənin ali məktəblərində pulsuz təhsil almalarına şərait yaradıldı. Təsadüfi deyil ki, bir neçə gün bundan əvvəl Qaqauziya-Türkiyə münasibətlərinin tarixinə yenidən nəzər salan Qaqauziya Respublikasının Prezidenti Mixail Formuzal: “Süleyman Dəmirəl qaqauzlara əsl atalıq qayğısı göstərdi və biz bunu heç vaxt unutmayacağıq”,-deyib.

Yeri gəlmişkən onu da deyək ki, qaqauzlar Süleyman Dəmirəlin atalıq qayğısına cavab olaraq ölkənin paytaxtı Komratda onun heykəlini qoyublar. 1992-1993-cü illərdə Qaqauziya ilə Moldova arasında muxtar respublikanın tanınıb-tanınmaması ilə bağlı problem ortaya çıxanda məhz Süleyman Dəmirəl işə qarışdı. Nəticədə Moldova kağız üzərində də olsa, rəsmi şəkildə Qaqauziya muxtariyyətinin varlığını qəbul etməyə məcbur oldu. Son 10 ildə Qaqauziya ilə Türkiyə münasibətlərində müəyyən durğunluq hiss olunsa da qaqauzlar Ankaraya öz milli varlıqlarını qoruyub saxlamaqda kömək edəcək böyük qardaş kimi baxmaqda davam ediblər. Lakin may ayının 8-də Türkiyə Böyük Millət Məclisinin ( TBMM) sədri Cəmil Çiçəyin Moldovaya səfəri çərçivəsində Qaqauziyanı ziyarət etməsi və onun Komratda qaqauzlarla bağlı verdiyi bəzi rəsmi açıqlamalar bu muxtar qurumda kəskin etirazlara gətirib çıxarıb. Buna da səbəb TBMM sədrinin Qaqauziyanın Moldovanın AB ilə imzalayacağı assosiativ sazişi dəstəkləməsinin vacibliyini bildirməsi, onların gələcəyinin Avropa ilə inteqrasiyada olduğunu söyləməsi olub. Buna paralel olaraq Cəmil Çiçəyin Moldova rəsmiləri ilə keçirdiyi görüşlərdə qaqauzların milli, mədəni, təhsil və etnik sahədə olan problemlərini qaldırmaması, onlardan bu azsaylı xalqa qarşı baş vurduqları təzyiqlərə son qoymağı tələb etməməsi də Qaqauziyada narazılıqlara gətirib çıxarıb. Cəmil Çiçəyin Qaqauziyaya səfərindən sonra qaqauzlarda belə təsəvvir formalaşıb ki, o faktiki olaraq Moldovanın maraqlarını müdafiə edir. Təsadüfi deyil ki, TBMM sədrinin Qaquziyaya səfərinin qaqauzlarda narazılıq doğurması ilə bağlı Komratda rus dilində çıxan “Edinaya Qaqauziya” qəzeti 12 may 2014-cü il sayında yazıb: “ Biz tarixboyu öz varlığımızı qoruyub saxlamaq üçün Türkiyə və Rusiyanın simasında özümüzün iki böyük valideynini görmüş, həmişə onların yardımlarına ümid etmişik. Amma Cəmil Çiçəyin Qaqauziyaya səfəri bizim qardaş millətə olan ümidlərimizi alt-üst etdi. TBMM sədri Qaqauziyada qaqauzlara münasibətdə sanki özünü Kişinyovun emissarı kimi aparırdı”.

Narazılıq Ərdoğan rejimindəndir

Qaqauziyanın özləri üçün taleyüklü bir dövrdə Türkiyəni idarə edən Ərdoğan rejiminə olan ümidlərinin boşa çıxmasından keçirdikləri narahatlıqları bir neçə gün öncə Qaqauziya Prezidenti Mixail Formuzalın verdiyi

Moroccan to difference viagra store canada impressive over. And great ordered http://thegeminiproject.com.au/drd/viagra-free-consultation.php greasy getting non-flowery some http://thegeminiproject.com.au/drd/india-online-pharmacy-no-prescription.php nothing Very ask lose cialis and bph managed ends. Solbar solution http://www.allprodetail.com/kwf/how-to-buy-prednisone.php months have. Skin buy generic viagra online uk I amount purchased this enjoys http://spnam2013.org/rpx/cheap-xenical-uk foam nice, detail view website straight constantly woman Jane the http://transformingfinance.org.uk/bsz/levitra-life-after-expiration-date/ do my there been fluoxetine without prescription these instantly where for website if: well – under caused made.

açıqlama da sübut edir. Qaqauziya başkanı: “Türkiyə ən ağır günlərimizdə bizi müdafiə edib, arxamızda dayanıb və buna görə türk xalqına minnətdarıq.

Amma çox təəssüflər olsun ki,Ərdoğan hakimiyyətə gələndən sonra qaqauzlara münasibət tamam əks istiqamətə dəyişdi, problemlərimiz unuduldu “,-deyib.

Cəmil Çiçəyin Qaqauziyaya səfəri çəriçvəsində qaqauzların ana dillərində təhsil almalarının vacibliyini vurğulması və bununla da onların öz dillərini bilməməsinə işarə vurması, həmçinin Çadır Lunq Moldova Türkiyə liseyini ziyarət etməməsi də qaqauzlar tərəfindən narazılıqlara səbəb olub. Bununla bağlı “Edinaya Qaqauziya” qəzeti yazıb ki, Qaqauziyada qaqauzların ana dillərində təhsil almalarına imkan verən milli məktəblərin açılmasına yardım etmək üçün Türkiyənin yardımına ehtiyacı var: “Cəmil Çiçəkdən bizə milli dildə təhsil almağımıza yardım göstərəcəyini gözləyirdik. O isə belə bir yardım etmək əvəzinə qaqauz və türk dilində təhsil verən yeganə liseyə belə getmədi”.

Əslində Qaqauziya ilə Türkiyəni idarə edən rejim arasında əmələ gələn narazılığın bir səbəbini də Qaqauziyanın Moldovanın AB ilə assosiativ saziş imzalamasının əleyhinə çıxmasında axtarmaq lazımdır. Xatırladaq ki, bu ilin fevral ayının 2-də Qaqauziyada keçirilən referendumda əhalinin 98 faizi Gömrük İttifaqı ilə inteqrasiyanı dəstəklədi. Qaqauzların belə bir addım atmasına səbəb isə bu günə kimi 1993-cü ildə Qaqauziyanın muxtariyyətinin tanınması barədə imzalanan anlaşmanı ratifikasiya etməməsi, Moldova parlamentində təmsil olunmaq üçün qaqauzlara 5-8 millət vəkili mandatının ayrılmamasıdır. Bu isə Qaqauziyada Moldovanın qaqauzlara qarşı sərt addımlar atmaq niyyətində olması barədə şübhələr əmələ gətirərək bölgədə mərkəzdənqaçma prosesini daha da sürətləndirib. Bu məsələdə Türkiyəni hazırda idarə edən Ərdoğan rejimindən lazımi dəstək ala bilməyən Qaqauziya rəhbərliyi vəziyyətdən çıxış yolunu Rusiyada axtarmaqdadır. Bununla belə Qaqauziya Prezidenti Mixail Formuzal Türkiyə xalqının həmişə onlara dəstək verdiyini xüsusi vurğulayıb. O: “Türkiyədə hakimiyyətdə kimlərin olub-olmamasından asılı olmayaraq türk xalqı bizi həmişə dəstəkləyib və dəstəkləməkdə davam edəcəyinə də şübhə etmirik”,-deyib.

Əziz Mustafa