“Qanunu bilmədən pozmaq təqsirsiz olmaq demək deyil”

565

Həm televiziya kanallarında, həm də mətbuatda cinayət xəbərləri artıq adı hala çevrilib. Bütün kütəvi informasiya vasitələri demək olar ki, hər gün oğurluq, qətl, intihar barədə məlumatlar yayırlar. Nədir insanları cinayət törətməyə sövq edən? Niyə insanlar gənc yaşda cinayət əməli törədirlər? İnsanların qatilə çevrilməsində cəmiyyətin nə qədər payı var? Bütün bunlara cavab tapmaq üçün psixoloq Günel Aslanova ilə həmsöbət olduq.

 

– Günel xanım bir insanın cinayətkara çevrilməsində ailəsinin və cəmiyyətin rolu nə dərəcədədir?

– Cinayətkarlığın təməli uşaq yaşlarından qoyulur desək, yanılmarıq. Bunun əsas təkanvericiləri kimi uşaqların çevrəsini, ailədəki münasibətləri, kütləvi informasiya vasitələrini və s. göstərə bilərik. Uşaqların ailə daxilində konfliktlərlə üzləşməsi, istəklərinin məhdudlaşdırılıb ikinci plana atılması onlarda cinayətə meyilli xarakterin formalaşmasına yol aça bilir. Ancaq biz profilaktik tədbirlərdən danışsaq, ailənin üzərinə düşən birinci vəzifə kimi övladlarının ən kiçik istəklərinə belə dərindən yanaşmalarını, onların dinlənilmək imkanlarını genişləndirməyi məsləhət görərdik. Bəzən uşaqlara bir müsbət iş gördürmək üçün onlara qar-şılığında hər hansı mükafat vəd edirik. Ancaq unutmamaq lazımdır ki, bu onlarda valideynlərinə qarşı inamsızlıq yarada bilər: “Mən bunun öhdəsindən gələ bilməsəm, heç nə əldə edə bilməyəcəm”.  Bu eyni za-manda onların rüşvətə də meyil etməsinə səbəb olar. Bununla belə valideynlər uşaqlarda “hər yanlışıma görə valideynlərim məni bağışlayar” şüuru da formalaşdırmamalıdırlar.

 

– Cinayətkarlığa meyllik sizcə nə ilə bağlıdır?

– Mənim doktoranturada elmi işim qadın cinayətkarların cəmiyyətdə yenidən inteqrasiyası ilə bağlı olduğu üçün Azərbaycanda son 20 ildə törədilən cinayətlərin statistikanı araşdırdım. Və maraqlı bir faktla qarşı-laşdım ki, bu illər ərzində kişilər arasında cinayətkarlığın stabil qaldığı halda, qadınlarda 185% artım müşahidə olunub. Niyə məhz qadın?… Ümumiyyətlə cinayətkarlığın səbəbi araşdırılarkən buna birməna-lı yanaşmamaq lazımdır. Bunu həm bioloji, həm psixoloji, həm də fizioloji səbəblərlə əlaqələndirmək mümkündür. Cinayətlərin daha çox qadınlar tərəfindən törədildiyi mənə də maraqlı gəldi. Araşdırma apa-rarkən müşahidə etdim ki, qeyd etdiyim illər ərzində qadının cəmiyyətdə yeri, mövqeyi arasında köklü də-yişikliklər olub. Statistikaya baxanda görürük ki, bu cinayətlər daha çox mülkiyyət əleyhinə törədilən cina-yətlərdir ki, bunlar da quldurluq, oğurluq, dələduzluq və s. hallardır. Bunları genetik əsaslı psixoloji pozun-tularla, narkotik asılılıqlarla, yetişdiyi ailə və mühitlə də əlaqələndirmək olar. Cəmiyyətin qadına baxışı ilə kişiyə baxışı, ən əsası da, qadın və kişi psixologiyası arasında əsaslı fərqlər var. Buna görə də qadını cinayətə təhrik edən səbəblə, kişini təhrik edən səbəb eyni olmur. Mən düşünürəm ki, məhz o qadınlar ci-nayətə meyil edirlər ki, onlar öncədən zorakılığa məruz qalıblar. Bunu da birmənalı olaraq sadəcə cinsi zo-rakılıqla əlaqələndirməmək lazımdır. Belə ki, fiziki, psixoloji, cəmiyyətdən təcrid olunma, qadın hüquqla-rının məhdudlaşdırılması və s. hallar qadın zorakılığının ən bariz nümunələridir. Bütün bunlar cinayətə meyilli olan qadınların öz hüquqlarını müdafiə etmək adı ilə cinayət törətmələrinə səbəb olur.

 

– Bəzən cəzalarını çəkmələrinə baxmayraq həmin insanlar cəmiyyətin özü tərəfindən təcrid olunur. Sizcə bunun səbəbi nədir?

– Çox təəssüflər olsun ki, insanlarda belə düşüncə formalaşıb ki, əgər bu şəxs bir vaxtlar cinayətkar həyatı yaşayıbsa, onunla ailə qurmaq olmaz, ona etibar etmək olmaz, onu işə cəlb etmək olmaz, hətta onunla məhdud münasibət saxlamaq lazımdır və s. Bu məsələdə ilk növbədə həmin şəxsə qarşı empatiya qurmaq lazımdır. O artıq cəzasını çəkib və islah olunub. Biz ona ancaq etibar etməklə yenidən cəmiyyətə qaytara bilərik. Yox əgər biz ona bir dəfə etdiyi əmələ görə münasibət göstərib onu uzaqlaşdırırıqsa burada ikinci yanlışı biz etmiş olarıq. Elə intiharların böyük qismi də insanların törətdiyi cinayətə görə cəmiyyətdən təcridi səbəbilə baş verir. Bunun da ilkin göstəriciləri tənhalıq, depressiya, daha sonra isə intihardır. Bu tipli intiharların müəyyən faizi öncədən planlaşdırılmış şəkildə həyata keçirilir.

 

–  Qanunlar niyə pozulur?

– Qanun mütləq olmalıdır və bu haqda məlumatsızlıq təbii ki, onların pozulmasına gətirib çıxarar. Ancaq  təqsirsizlik prezumsiyasına əsasən bilirik ki, qanunu bilmədən pozmaq heç də təqsirsiz olmaq demək deyil. Bunlar hüquqi məsələlərdir. Ancaq əxlaqı şüur isə tamamən mənəviyyata bağlıdır. Hətta mən deyərdim ki, hüquqi şüur daha vacibdir. Çünki hüquqi şüuru kimsə görmədiyi hallarda əxlaqımız izin versə poza bilərik. Ancaq əxlaqi şüur insanda formalaşarsa nəinki  hamının gördüyü yerdə, hətta təkbaşına olduğu müddət-də də bu qanunları pozmağa əxlaqı izin verməyəcək. Ona görə uşaqlara kiçik yaşlarından insanlıq, əxlaq, ədalət, vicdan dərslərinin keçirilməsi vacibdir. Bəzən də ya ehtiyatsızlıqdan (məsələn, həkim iynə vurarkən, dozanın həddindən çox olmasına diqqət etmədən xəstəyə vurması), yaxud da özünə güvəndən törədilən cinayətlər (məsələn, heç nə olmaz düşüncəsi ilə, yüksək sürət həddində maşın sürmək) var ki, bunun üçün də cəzaçəkmə müəssisələrində maarifləndirici tədbirlər keçirilir.

 

– Son vaxtlar intihara cəhd edənlərin sayı artıb. Insanların düşdükləri çətinlikdən çıxış yolunu ölümdə görür yoxsa bu kimlərisə cəzalandırmaq üçün edilir?

– İntiharların bir neçə növü var ki, bunlardan bəziləri nümayiş xarakteri daşıyır. Yəni, öz gedişi ilə ətrafın-dakıları incitmək, “Mənsiz qaldınız” mesajını verməyə çalışırlar. Bu tipli intiharların əsas məqsədi ölmək deyil, insanlara bu acını yaşatmaqdır. Digər bir intihar növü isə həyatda yaşamaqda bir məna görməyən insanların intihar cəhdləridir ki, bu tip intihara cəhd edənlər isə özlərini yüksəklikdən atmaqla, kəsici alətlər-lə həyatlarına  son verirlər.  İntiharın aktiv və passiv mərhələləri var. Belə ki, passiv mərhələdə istifadə edi-lən konkret ifadələr var ki, məsələn, “Yaşamağın heç mənası yoxdur”, “Niyə yaşayırıq?”, “Bu nə yaşa-maqdır” və s. Aktiv mərhələdə isə, “Kaş ki, yatıb durmazdıq”, “Kaş ki, öləryim” və başqa ifadələrlə aktivli-yin ən üst mərtəbəsinə gələndə artiq intihar haqqında plan hazırlayır.

 

– İntihar həddinə çatmış xəstəniz olubmu?

– Sırf “İntihar etmək istəyirəm, məni bu vəziyyətdən qurtarın” diyə müraciət edən olmur. Çünki intihar et-mək istəyən insan heç vaxt bunun üçün gəlib müraciət etməz. Ancaq intiharın başlanğıcı olan depressiya halları zamanı müraciət edənlər var ki, hansı ki, həm medikal-mentoz, həm də psixoterapevt müdaxilə ilə  bu halları aradan aradan qaldırmaq mümkündür. Depressiya isə daha çox həyata keçməyən arzulardan və bu arzuların reallaşmasının mümkünsüz görünməsi səbəbindən yaranır.

İntiharın hansı tipindən asılı olmayaraq, insanları bu fikirdən daşındırmaq, hətta bunu düşünməsinə yol verməmək üçün əsas vəzifə biz insanların üzərinə düşür. Onların yanında olmağa çalışmaq və problemləri ilə yaxından tanış olmaq bəlkə də, onları bu fikirdən yayındıra bilər.

 

Xəyalə Sadıqova