Qanun qarşısında hamı bərabərdir

57

Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq Baş Prokurorluq Milli Məclisin deputatı Eldəniz Səlimovun cinayət əməli barədə təqdimat verib.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi ilə bağlı parlamentin avqustun 3-də keçirilən plenar iclasında deyib.

Sahibə Qafarova qeyd edib ki, avqustun 2-də məsələ ilə bağlı Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. İclasda komissiya Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında rəy qəbul edib.

Milli Məclisin sədri bildirib ki, qanun qarşısında hamı bərabərdir və deputatın bu hərəkəti yolverilməzdir.