Qaliblərindən biri Mingəçevirdəndir

0
523

Rusiyanin Moskova şəhərində Powerlifting uzrə Dunya cempionatı kecirilir. Yarisin ilk gunlərində Azərbaycan yığma komandası uğurla əldə edib. Belə ki, gənclər arasinda 60 kq çəki dərəcəsində çıxış edən Zərifə Hüseynova dunya çempionu adını qazanıb. Belə bir 67 kq çəki dərəcəsində Sevil Həsənova da imza atıb.

Kisilərdən ibarət yığmamızın üzvləri – Elmir Tanrıverdiyev (60 kq), Rövsən Xəlilov (75 kq), Razim Hüseynov (125 kq) çempion adını qazanıbar. 100 kiloqram çəki dərəcəsind çıxış edən Namiq Mehdiyev isə gərgin keçən mübarizədən sonra cüzi bir fərqlə düny üçüncüsü olub. Xatırladaq ki, yığmamızın baş məşqiçisi Şəmsi Bayramovdur.

 

 

Yeri gəlişlən onu da bildirək ki, bu yarışın qaliblərindən biri – Rövsən Xəlilov Mingəçevirdəndir. Məlumat üçün bildirək ki, o, Mas-Wrestling və powerlifting üzrə 17 qat Azərbaycan çempionu, powerlifting üzrə Avropa çempionu, Azərbaycan rekordçusudur.

 

 

Qeyd edək ki, yarış davam edir. Yarışı Azərbaycan Powerlifting Federasiyasının prezdenti Ələddin Əliyev də izləyir. Növbəti günlərdə çıxış edəcək idmançılarımıza da uğurlar arzu edirik.

Esmira Hidayətova.