“Qalatasaray” Türkiyə kuboku uğrunda mübarizəni dayandırıb

0
24

Fevralın 10-da futbol üzrə Türkiyə kubokunun dörddəbir final mərhələsində “Qalatasaray” doğma divarlar arasında “Alanyaspor”u qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qonaq komanda meydan sahiblərini 2:3 hesabı ilə məğlub edib. Alanya təmsilçisinin qollarını Kouma Babakar (30, 48) və Salih Uçan (41) vurub. İstanbul klubunun heyətində isə Mustafa Məhəmməd (83) və Gedson Fernandes (90+4) fərqləniblər.

Dörddəbir final mərhələsinin digər oyunlarında “Sivasspor” – “Antalyaspor” və “Konyaspor” – “Beşiktaş” klubları üz-üzə gələcəklər.