“Qalatasaray” Bakıya hansı futbolçularla gələcək?

0
84

Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Qalatasaray” oyun üçün iştirak ərizəsini UEFA-ya göndərib.

Qol.az xəbər verir ki, baş məşqi Fatih Terim siyahıya 23 futbolçunun adını daxil edib. Bunlardan 2-si qapıçı, 7-si müdafiəçi, 11-i yarımmüdafiəçi, 3-ü hücumçudur.

Zədəli Fernando Muslera, Ahmet Çalık, Emre Taşdemir, Valentin Ozornvafor, Emre Akbaba, həmçinin yeni transferlər Kerem Aktürkoğlu və Oğulcan Çağlayan Bakıya gətirilməyəcək.

Qapıçılar: Okan Kocuk, Fatih Öztürk

Müdafiəçilər: Şener Özbayraklı, Omar Elabdellaui, Martin Linnes, Rayan Donk, Kristian Luyindama, Marselo Saraççi, Markao.

Yarımmüdafiəçilər: Ömer Bayram, Taylan Antalyalı, Yunes Belhanda, Oqenekaro Etebo, Cimmi Durmaz, Emre Kılınç, Sofian Fequli, Rayan Babel, Yunus Akgün, Arda Turan, Jesse Sekidika.

Hücumçular: Radamel Falkao, Ali Yavuz Kol, Mbaye Diagne.

Qeyd edək ki, “Qalatasaray” sentyabrın 17-də Bakı Olimpiya Stadionunda “Neftçi”nin qonağı olacaq. Oyun saat 20:00-da başlayacaq.