ABŞ-da 1885-ci ildə patent müraciəti edən ilk Afro-Amerikalı qadın Sara Quddur. O, bükülən portativ yataq ixtira edib. Hazırda bir çox evin əvəzolunmazı hesab olunan bu yataq istifadə edilmədikdə onu büküb götürmək mümkündür. Yataq açıldıqda isə onu saxlayan kabinə kitab rəfi və ya başqa məqsədlərlə istifadə oluna bilər.
Rəngli siqnal patronları: Marta Koston
Həyat yoldaşını 1847-ci ildə itirən Koston onun dəftərində rəngli işarə fişəngi ilə bağlı qeydlərini tapıb. Daha sonra ömrünün 10 ilini bu fikri həyata keçirməklə məşğul olub. Bunun üçün də ordu rəsmiləri və elm adamları ilə işləməli olub. Sonralar yayılan xəbərlərə görə, Amerika ordusu işarə patronlarının bütün haqqını öz üzərinə götürüb və Kostona çox az miqdarda pul ödənilib.
Optik analiz sistemi: Dr. Ellen Lori Oçoa
İlk Latın Amerika mənşəli kosmonavt olan Oçoa məhsul istehsalında robot texnologiyasının təməlini qoyan “Optik Analiz Sistemlərini” ixtira edib. Oçoanın ixtirası optik sistem, robot parçalarının keyfiyyət nəzarətində istifadə edilib. Oçoa habelə NASA-da elm adamı kimi fəaliyyət göstərir. 1987-ci ildə ilk patentini alan ixtiraçının ümumilikdə 3 patenti var.
İlk kompyuter proqramını Ada Biron Lovelans adlı bir qadın icad edib.
İlk kofe filtiri Almaniyanın Leipziq şəhərində yaşayan Marqa Faultsç adlı kimyagər bir qadın tərəfindən icad edilib.
Qadınların ən çox istifadə etdikləri mətbəx mikseri və soyuducunun qapısında rəflərin olması fikri Milian Mollerə məxsusdur. |