Qərb dünyasının Qanlı soyqırımı tarixi

552
Qondarma erməni soyqırımını tanıyan bir çox Qərb dövlətlərinin tarixi qətliamlarla, qırğınlarla “zəngin”dir. İstər Afrika ölkələri, istərsə də digər üçüncü dünya dövlətlərində avropalıların qanlı izinə rast gəlmək mümkündür. Üstəlik uydurma erməni soyqırımından fərqli olaraq Qərb dövlətlərinin törətdikləri cinayətlərin, soyqırımılarının fotoşəkilli, sənədli sübutları mövcuddur. Sizə  hal-hazırda dünyaya “ədalət dərsi” verməyə çalışan Qərb dünyasının unutmağa və unutdurmağa çalışdığı soyqırımı fəaliyyətinin bir hissəsini təqdim edirik.
1935-36-cı illərdə İtaliyanın Efiopiyaya hücumu nəticəsində 300 minə yaxın insan öldürülmüşdü. İtalyanlar hücum zamanı o dövrün ən müasir silahlarından, zəhərli qazlardan istifadə etmişdilər. Məhz bu səbəbdən efiopiyalıların mübarizəsinə baxmayaraq 500 minlik italyan ordusundan cəmi 1000 nəfər həlak olmuşdu.

1830-cu ildə Əlcəzairi işğal edən Fransa 132 il ərzində, xüsusilə 1954-1962-cı illər arasında

1,5 milyon

əlcəzairlini qətlə yetirib. Fransız əsgərləri törətdikləri vəhşilikləri gizlətmir, hətta öldürdükləri insanların cəsədləri ilə belə fotoşəkillər çəkdirirdilər.

1884-1885-ci illər arasında Berlində təşkil olunan konfransda Afrikada “müstəqil” Konqo dövləti qurulması qərara alındı. Ancaq bu müstəqillik sözdə idi. Çünki dövlət şəxsi mülk kimi Belçika Kralı II Leopolda verilmişdi. Həm fil dişi, həm də kauçuk yığımında kölə kimi istifadə edilən konqolular ağır işkəncələr məruz qalırdı. Planı doldurmayanların əlləri, ayaqları kəsilirdi. II Leopoldun 23 illik hakimiyyəti dövründə 30 milyon Konqo əhalisinin sayı 9 milyona azalmışdı.

1891-ci ildə yeni müstəmləkə axtarışına çıxan Almaniya Cənub-Qərbi Afrika regionunu hədəf alır. Almanlar Namibiyadakı zəngin qızıl və zümrüd mədənlərini ələ keçirmək üçün yerli Herero və Nama xalqlarını qırmaq qərarına gəlir. Yaşlı, uşaq, qadın demədən 132 min insandan 117 mini öldürülür.

1788-1938-ci illər arasında İngiltərə Krallığının müstəmləkə siyasəti nəticəsində Avstraliya aborigenləri sistematik şəkildə yox edildi. Yerlilər arasında yoluxucu xəstəlik yayan ingilislər bununla da qane olmayıb aborigenləri zəhərləyərək saylarını azaltmağa çalışıb. Bu planlı soyqırımı nəticəsində 750 min aborigenin sayı 31 minə düşüb.

1945-ci ildə ABŞ və İngiltərə Almaniyanın Drezden şəhərinə sığınan mülki şəxslərin üzərinə 3 gün boyunca bomba yağdırıb. İntiqam məqsədilə aparılan əməliyyatda 3 min 900 ton bomba atılmışdı. Bombardman zamanı 200 min ədəd “napalm” bombasından istifadə olunmuşdu.

Əksəriyyəti qadın və

uşaqlardan ibarət

200 minə yaxın

insan həlak olmuşdu.

1921-53-cü illərdə SSRİ-də 25-26 milyon insan repressiyaya məruz qalıb. 17 mlyon insanın cəzasını QULAQ düşərgələrində çəkdiyi, onlardan onda birinin oradaca öldüyü qeyd olunur. Repressiya olunanlardan 7 milyonun mülki müsadirə edilib, özlərisə sürgün olunub. Bundan əlavə, II Dünya Müharibəzi illərində 153 min insan hərbi tribunalların qərarı əsasında güllələnib. Daha 115 min adam istintaq dövründə, işgəncələrə dözməyərək ölüb.