Qərb 1919-cu ildə də uydurma soyqırımını araşdırmaqdan qaçıbmış

717
Türkiyənin “Milli Gazeta” qəzetində Timuçin Mercanoğlu imzalı qondarma erməni soyqırımı ilə bağlı araşdırma yazı dərc olunub. 1919-cu ilin fevral ayında Osmanlı İmperiyası 1915-ci ildə ermənilərin köçürülməsi məsələsi ilə bağlı komissiyanın qurulması üçün Hollandiya, İsveç, Danimarka və İspaniyaya dəvət məktubları göndərib. Qəzet tərəfindən əldə olunan tarixi sənədlərə əsasən Hollandiya, İsveç, Danimarka və İspaniyanın sözügedən dəvətə “belə bir komissiyada iştirak ölkəmizin mənfəətlərinə uyğun deyil və bunu lüzumsuz görürük…” cavab verdiyi ortaya çıxıb. Sizə həmin dörd dövlətin həqiqətləri araşdıracaq komissiyaya dəvətə verdikləri cavabları təqdim edirik:
Türkiyənin “Milli Gazeta” qəzetində qondarma erməni soyqırımı ilə bağlı “Gerçəkdən qaçdılar” adlı bir araşdırma yazısı yayımlanıb. Timuçin Mercanoğlu imzalı yazıda Osmanlı İmperiyasının 4 Avropa ölkəsinə yolladığı müraciət və onlardan aldığı rədd cavablarından bəhs edilir. Yazıda qeyd olunur ki, hələ 1919-cu ildə Osmanlı İmperiyası 1915-ci ildə ermənilərin köçürülməsi məsələsi ilə bağlı komissiyanın qurulması üçün Hollandiya, İsveç, Danimarka və İspaniyaya dəvət məktubları göndərib. Bu dörd ölkənin hər birindən iki hüquqçunun komissiyada təmsil olunması təklif edilir. Erməni köçünün obyektiv bir şəkildə araşdırılması üçün adıçəkilən dövlətlərə göndərilən dəvət məktubların da belə yazılıb: “Erməni köçü zamanı sui-istifadə hallarına yol verən məmurları ortaya çıxartmaq üçün qurulacaq təhqiqat komissiyasında iştirak üçün sizdən iki hüquqçu göndərməyinizi xahiş edirik”. Ancaq həmin dörd dövlət öz səfirlikləri vasitəsilə sözügedən komissiyaya təmsilçilərini göndərməyəcəklərini bildiriblər. “Milli Gazeta” qəzetinin əldə etdiyi tarixi sənədlərdə Hollandiya, İsveç, Danimarka və İspaniyanın sözügedən dəvətə “belə bir komissiyada iştirak ölkəmizin mənfəətlərinə uyğun deyil və bunu lüzumsuz görürük…” cavab verdiyi ortaya çıxıb. Sizə həmin dörd dövlətin erməni köçünün araşdırılması məqsədilə qurulacaq komissiyaya dəvətə verdikləri cavabları təqdim edirik.

 

İspaniya

17 mart 1919-cu ildə İspaniya Krallıq Ortaelçiliyinin Osmanlı Hökumətinə cavabı:

“İspaniya Krallıq Ortaelçiliyi İspaniya Krallıq Hökumətinin yüksək dəyərləndirdiyi bu incə dəvətə görə Osmanlı Hökumətinə təşəkkür etdiyini və hazırda təhqiqat komissiyasına iki ispan hüquqçunun təyin edəcək vəziyyətdə olmadığını bildirdiyinə dair rəsmi bir sənəd alındığını Osmanlı Hökuməti Hariciye Nəzarətinə bildirməkdən şərəf duymaqdadır”.

 

Hollandiya

17 mart 1919-cu ildə Hollandiya Krallıq Ortaelçiliyinin Osmanlı Hökumətinə cavabı:

“Hollandiya Krallıq Ortaelçiliyi bu ayın 15-də göndərilən 14406/13 saylı Osmanlı Hariciye Nəzarətinin şifahi notasına cavab olaraq, Krallıq Hökumətinin Hollandiya mənfəətləri ilə birbaşa bağlı olmayan mövzulara dair bir təhqiqatda iştirakını yersiz olaraq dəyərləndirdiyini Osmanlı Hökuməti Hariciye Nəzarətinə bildirməkdən şərəf duymaqdadır”.

 

Danimarka

17 aprel 1919-cu ildə Danimarka Krallıq Ortaelçiliyinin Osmanlı Hökumətinə cavabı:

“Danimarka Krallıq Ortaelçiliyi, mövcud şərtlərdə Krallıq Hökumətinin mənfəətləri ilə birbaşa bağlı olmayan mövzularda bir təhqiqat komissiyasına nümayəndə heyəti göndərməyə məcbur olmadığı düşüncəsini Krallıq Xarici İşlər Nazirliyinin əmri ilə sizə bildirməkdən şərəf duymaqdadır”.

 

İsveç

19 aprel 1919-cu ildə İsveç Krallığı Ortaelçiliyinin Osmanlı Hökumətinə cavabı:

“İsveç Krallığı Ortaelçiliyi, Krallıq Hökumətinin sözügedən komissiyada İsveç hüquqçularının təmsil olunması tələbinin yerinə yetirilməyəcəyinə dair İsveç Krallıq Nəzarətindən 11 aprel tarixində teleqram aldığını Osmanlı Hökuməti Hariciye Nəzarətinə bildirməkdən şərəf duymaqdadır”.

BƏYLƏR MƏCİDOV