Qənirə Paşayeva tanınmış teatrşünasla görüşüb

997

 Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış teatrşünas-tənqidçi Anar Burcəliyevi növbəti dəfə qəbul edib. Görüşdə Anar Burcəliyev millət vəkili Qənirə Paşayevaya növbəti səmimi qəbulu, eləcə də Gəncədən olan bütün müraciətlərə, xüsusilə ötən ay tanınmış bəstəkar Qənbər Hüseynlinin məzarının yerinin dəyişdirilməsi məsələsinə həssaslıqla yanaşdığı üçün Gəncə ziyalıları adından dərin təşəkkürünü və minnətdarlığını bildirib.

Daha sonra mədəniyyət beşiyi olan qədim Gəncənin tarixi abidələrinin bugünki vəziyyəti və onların qorunması, həmçinin yenidən rekonstuksiya məsələləri Mədəniyyət Komitəsinin sədri ilə geniş şəkildə müzakirə edilib.

 Görüşdə Qənirə Paşayeva Anar Bürcəliyevin mədəniyyətimizin inkişafı ilə bağlı gördüyü işləri, xüsusilə teatr sahəsindəki elmi və ictimai fəaliyyətinin təqdirəlayiq olduğunu vurğulayıb. Milli Məclisin deputatı teatrşünas-tənqidçi Anar Burcəliyevə gələçək işlərində uğurlar diləyib.