Qələbəmizdə milli-mənəvi dəyərlərin xüsusi rolu olub

76

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Anım günü ilə əlaqədar “Vətən müharibəsindəki qələbəmizdə milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda seminar keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası, Azərbaycan Vətən Müharibəsi İctimai Birliyi, Qarabağ Qaziləri İctimai Birliyi, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin üzvləri və məscidlərin rəsmi din xadimləri iştirak ediblər.

Öncə ərazi bütövlüyümüz uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla ilə yad edilib.

Tədbiri giriş sözü ilə açan və mövzu üzrə çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov bildirib ki, iki il öncə Ali Baş Komandan xala çağırış etdi, hamı birləşdi, Vətən, torpaq uğurunda ölümə hazır olduqlarını bildirdi. Rəşadətli Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı düşmən tapdağından azad etdi.  Əldə olunan bu qələbənin tarixi, iqtisadi, siyasi-diplomatik, mənəvi-psixoloji tərəfləri ilə bərabər tarixi zəfərimizdə milli-mənəvi dəyərlərin xüsusi rolu olub. Vətən müharibəsində birlik və həmrəylik nümayiş etdirərək “Dəmir yumruq” kimi birləşən müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşları çiyin-çiyinə, qətiyyətlə və vətənpərvərliklə döyüşərək işğala son qoyublar.

Tədbirdə çıxış edənlər milli-mənəvi dəyərlərin təbliğinin daha da genişləndirilməsinin önəminə toxunub, Vətən müharibəsi zamanı xalqımızın hər an dövlətin və Ordunun yanında olması və dəstəkləməsi uzun illərdir Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən uğurlu siyasətin nəticəsi olduğunu qeyd ediblər. Vətən müharibəsi zamanı ən böyük üstünlüyümüz milli-mənəvi dəyərlərimizə sıx bağlılığımız idi. Həmin dövrdə dəyərlərimizə olan sevgi, Vətən yolunda fədakarlıq bizim üçün ən güclü silaha çevrildi, düşməndə vahimə yaratdı və  tez bir zamanda məğlubiyyəti qəbul etməsinə səbəb oldu.

Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Mingəçevir şəhər təşkilatının sədri Tahir Məmmədov, Mingəçevir şəhəri “Heydər” məscidinin imam müavini Müşfiq Nəcəfov, Qarabağ Qaziləri İctimai Birliyi Mingəçevir şəhər təşkilatının sədr müavini Əbülfət Babayev, Mingəçevir Bələdiyyəsinin şöbə müdiri, Mingəçevir ŞİH başçısı yanında Dini İşlər üzrə Komissiyanın üzvü Zahid Qasımlı, Mingəçevir ŞİH başçısı yanında Dini İşlər üzrə Komissiyanın üzvü Allahverdi Əliyev, Azərbaycanın teatr və kino aktrisası, Azərbaycanın xalq artisti Ella xanım Yaqubova mövzu ətrafında öz fikirlərini bölüşdülər.

Esmira Hidayətova