Qələbə paradında iştirak etmək üçün 12 ölkədən hərbçilər gəliblər

0
203

Keçmiş sovet respublikaları, o cümlədən Azərbaycan, eləcə də Serbiya, Monqolustan və Çin hərbçiləri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə təşkil olunacaq paradda iştirak etmək üçün Moskvaya gəliblər.

Bu barədə jurnalistlərə Rusiya Quru Qoşunlarının komandanı, ordu generalı Oleq Salyukov məlumat verib. O bildirib ki, 12 ölkədən gəlmiş hərbçilər Moskva ətrafındakı “Alabino” poliqonunda parada hazırlıq keçiblər.

Qələbə paradı iyunun 24-də Moskva vaxtı ilə saat 10:00-da başlayacaq. Bütövlükdə Rusiyanın müxtəlif şəhərlərində keçiriləcək hərbi paradda 64 mindən çox hərbçi, 2,4 min hərbi texnika, 20 sualtı, suüstü və hərbi gəminin iştirak edəcəyi gözlənilir. Təyyarələr və helikopterlər Moskvanın Qızıl meydanı üzərindən uçmaq üçün 8 aerodromdan havaya qalxacaqlar. azərtac