“Qəbələ” xal itirdi

544

Noyabr 6-da futbol üzrə Topaz Premyer Liqasında XI tura yekun vurulub. Turun son oyun günündə iki qarşılaşma keçirilib. İlk matç Şüvəlanda oynanılıb. Turnirin sonuncusu AZAL “Qəbələ”ni qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb. Bununla da, 11 oyundan 25 xal toplayan “Qəbələ” turnir cədvəlinin 1-ci pilləsində qalıb. Autsayder AZAL isə xal ehtiyatını 4-ə çatdırıb.

Turun digər matçında isə “Zirə” və “Qarabağ” komandaları üz-üzə gəliblər. Oyunun ilk 45 dəqiqəsində qapılar toxunulmaz qalıb. İkinci hissədə hücumlarını artıran Qurban Qurbanovun yetirmələri 69-cu dəqiqədə qol imkanından maksimum yararlanıblar. Dani Kintana meydan sahiblərinin qapısına yol tapıb. Bundan 10 dəqiqə sonra “Qarabağ” rəqib torunu ikinci dəfə silkələyib. Bu dəfə Elvin Yunuszadə fərqlənib. Qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra “Qarabağ” xal ehtiyatını 25-ə yüksəldərək “Qəbələ”yə çatıb. Hazırda bu iki komanda şərikli liderdir. “Bakının “İnter” klubu 20 xalla üçüncü, “Zirə” isə 14 xalla dördüncüdür.

Qeyd edək ki, milli komandalarının oyunları ilə əlaqədar çempionata ikihəftəlik fasilə veriləcək və XII tur noyabrın 19-dan 20-dək davam etdiriləcək.

Topaz Premyer Liqası

XI tur

6 noyabr (bazar)

“Zirə” – “Qarabağ” – 0:2

Qollar: Dani Kintana, 69, Elvin Yunuszadə, 79

I dövrədəki oyun: 0:2
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Vüsal Qənbərov, İsgəndər Əliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Füzuli Nəcəfov
Zirə İdman Kompleksinin stadionu

“Zirə”: 1. Anar Nəzirov (k), 13. Aleksandr Şemonayev, 23. Yovan Krneta, 44. Migel Lorenso, 5. Adil Nağıyev, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 11. Viktor İqbekoyi, 92. Cavid Tağıyev, 19. Nurlan Novruzov, 20. Sezar Meza Kolli
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 7. Gerhard Proqni, 10. Elvin Məmmədov, 17. Vüsal İsgəndərli, 18. Tural Cəlilov, 55. Cəmil Hacıyev, 77. Yamin Ağakərimzadə
Baş məşqçi: Adil Şükürov

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Markos Madera, 9. Reynaldo, 15. Rahid Əmirquliyev, 17. Namiq Ələsgərov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə
Ehtiyat oyunçular: 1. Boyan Şaranov, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Baş məşqçi: Qurban Qurbanov

AZAL – “Qəbələ” – 0:0

I dövrədəki oyun: 0:3
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rahil Ramazanov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Şaiq Həmidov
“AZAL Arena”

AZAL: 23. Aqil Məmmədov, 5. Kamil Hüseynov, 24. Emin Cəfərquliyev (k), 15. Brayn Fok, 7. Kamal Mirzəyev, 14. İlqar Ələkbərov, 77. Adan Koronado, 10. Nuqzar Kvirtiya, 17. Rəşad Abdullayev, 4. Qvanzav Maqomedov, 9. Röyal Nəcəfov

Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 12. Mahsun Qənbərli, 18. Ruslan Əmircanov, 36. Renat Aşurov, 11.Ruslan Nəsirli, 21. David Canelidze, 95. Şirməmməd Məmmədov

Baş məşqçi: Tərlan Əhmədov

“Qəbələ”: 22. Dmitri Bezotosnı (k), 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 32. Rəşad Eyubov, 34. Urfan Abbasov

Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 6. Rəşad Sadiqov, 7. Nika Kvekveskiri, 13. Murad Musayev, 14. Cavid Hüseynov, 17. Məhəmməd Mirzəbəyov, 21. Roman Hüseynov

Baş məşqçi: Roman Qriqorçuk

Turnir cədvəli

1. Qəbələ 11 7 4 0 26-4 25
2. Qarabağ 11 8 1 2 23-5 25
3. İnter 11 5 5 1 17-11 20
4. Zirə 11 4 2 5 10-12 14
5. Kəpəz 11 2 6 3 7-10 12
6. Sumqayıt 11 2 4 5 9-17 10
7. Neftçi 11 3 0 8 9-25 9
8. AZAL 11 0 4 7 4-21 4

Bombardir: Baqali Dabo (“Qəbələ”) – 7