“Qəbələ” “Sumqayıt”ın, “Qarabağ” “Neftçi”nin qonağı olacaq

0
418

Bu gün keçiriləcək 2 görüşlə Topaz Premyer Liqasında IX tura yekun vurulacaq. Son oyun günündə matçlardan biri Sumqayıtda, digəri isə Bakıda baş tutacaq. Turnir cədvəlinə başçılıq edən “Qəbələ” “Sumqayıt”ın qonağı olacaq. Bu rəqiblə matçlarda ciddi çətinlik çəkməyən Roman Qriqorçukun yetirmələrinin səfərdən itkisiz qayıdacağı gözlənilir. 10 matçdı uduzmayan lider izləyiciləri ilə fərqin azalmaması üçün xal itirməməlidi. “Sumqayıt” isə lideri büdrətməklə xal hesabını artırmaq arzusundadı. Son 3 mövsümün qalibi “Qarabağ” isə “Neftçi” ilə qarşılaşacaq. Tura məhz tarixi duellə yekun vurulacaq. Elxan Abdullayevin yetirmələri autsayderlər qrupunu tərk etmək Ağdam klubunu xalsız qoymalıdılar. Tarixinin ən ağır dövrünü yaşayan “Neftçi” ardıcıl 2-ci məğlubiyyətini alsa, durumunu daha da pisləşdirəcək. “Qarabağ” isə “İnter”in xal itirməsindən istifadə edib, 2-ci pilləni ələ keçirmək niyyətindədi.

Topaz Premyer Liqası

IX tur

25 oktyabr (çərşənbə axşamı)

16:00. “Sumqayıt” – “Qəbələ”
I dövrədəki oyun: 0:2

Sumqayıt şəhər stadionu
19:00. “Neftçi” – “Qarabağ”
I dövrədəki oyun: 0:3

8-ci km qəsəbə stadionu

1 Qəbələ 8 6 2 0 20-1 20
2 İnter 9 4 5 0 13-8 17
3 Qarabağ 8 5 1 2 18-5 16
4 Kəpəz 9 2 5 2 7-8 11
5 Zirə 9 3 2 4 8-10 11
6 Sumqayıt 8 2 2 4 6-12 8
7 Neftçi 8 2 0 6 6-18 6
8 AZAL 9 0 3 6 4-20 3

Bombardir: Baqali Dabo (“Qəbələ”) – 7