“Qəbələ” – siyahının 1-ci pilləsində

411

Dünyanın bütün ölkələrinin milli çempionatları ilə bağlı statistik göstəricilər açıqlanıb. spasport.az saytının məlumatına görə, turnirlərdə davam etməkdə olan ən uzun seriyalar müəyyənləşib. Azərbaycan təmsilçisi “Qəbələ” siyahının 1-ci pilləsində qərarlaşıb. Əyalət klubu Topaz Premyer Liqasında ardıcıl 8 matçda qol buraxmamaqla bütün dünyaya nümunədi. Etibarlı müdafiəsi ilə hamıdan öndə olan Roman Qriqorçukun yetirmələrinin ən yaxın izləyicisinin adı da maraqlıdı. Belə ki, 2-ci pillədə mütəxəssisin sabiq komandası qərarlaşıb. Odessa “Çernomorets”i Ukrayna çempionatının ardıcıl 6 matçında qapısını toxunulmaz saxlamağı bacarıb.

3-cü pillənin şəriki olan 6 komandanın hərəsi 5 dəfə meydanı qol buraxmadan tərk edib. 9-cu pilləyə şərik çıxan və 4 matçlıq seriyaya malikdi. Bu komandalardan birinin də adı Qriqorçukla bağlıdı. Mütəxəssisin 4 il rəhbərlik etdiyi Latviya “Ventspils”i də siyahıya düşüb.

Qeyd edək ki, ukraynalı mütəxəssisin karyerası ərzində baş məşqçisi olduğu daha iki komanda – “Dinaburq” və Zaporojye “Metallurq”u aşağı dəstədə çıxış etdiyindən siyahıya düşə bilməyiblər.

1. “Qəbələ” (Azərbaycan) – 8

2. “Çernomorets” (Ukrayna) – 6

3-8. USM (Əlcəzair) – 5

“Vlajniya” (Albaniya) – 5

APOEL (Kipr) – 5

“Bizerten” (Tunis) – 5

“Hanoy” (Vyetnam) – 5

“Qirmot” (Macarıstan) – 5

9. “Ventspils” (Latviya) – 4