“Qəbələ” səfərdə minimalhesablı məğlubiyyətlə barışmalı olub

427

Avropa Liqasında III təsnifat mərhələsinə start verilib. Turnirdə mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qəbələ” də növbəti sınağına çıxıb.

 

Premyer Liqanın vitse-çempionu Yunanıstan “Panatinaikos”u ilə qarşılaşıb. Yarışa II təsnifat mərhələsindən başlayan qəbələlilər Polşa “Yagelloniya”sının ardından Ellada təmsilçisini də mübarizədən kənarlaşdırmağa iddialıdı.

 

İlk rəqibini Bakıdakı heç-heçədən sonra səfərdə məğlub edən Roman Qriqorçukun yetirmələri yenə rəqib meydanında qüvvəsini sınayıb. “Qırmızı-qaralar” səfərdə minimalhesablı məğlubiyyətlə barışmalı olublar.

 

 

Komandamız ilk dəqiqələrdə rəqibin hücumlarını ustalıqla zərərsizləşdirdikdən sonra tədricən tarazlıq yarada bilib. Yunanların qapısı qarşısında bir neçə dəfə təhlükəli olan təmsilçimiz ilk yarım saatı qolsuz bərabərliklə başa vursa da, 37-ci dəqiqədə planlar pozulub.

 

Cərimə meydançası daxilində müdafiəçi İlqar Qurbanovun əlinə dəyən top penaltiyə səbəb olub. Molins dəqiq oynayıb – 1:0. Hissə bu hesabla da başa çatıb.

 

İkinci yarıda bərabərlik qolu axtarışında olan Roman Qriqorçukun komandasının cəhdləri fayda verməyincə matç meydan sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb.

 

Avropa Liqası

III təsnifat mərhələsi, ilk oyun

27 iyul

 

“Panatinaikos” (Yunanıstan) – “Qəbələ” (Azərbaycan) – 1:0

Qol: Molins, 37 (pen.)

 

Baş hakim: Xuan Martinez Munuera (İspaniya)

Baş hakimin köməkçiləri: Dieqo Barbero Sevilya, Sezar Manuel Noval Font (hər ikisi İspaniya)

Dördüncü hakim: Mario Melero Lopez (İspaniya)

Hakim-inspektor: Lesli İrvin (Şimali İrlandiya)

UEFA nünayəndəsi: Yanis Mejeckis (Latviya)

Afina. “Apostolos Nikolaidis” stadionu

 

“Panatinaikos”: 99. Odisseas Vlaxodimos, 7. Omri Altman, 8. Gilyerme Molins, 10. Zeka (k), 17. Robin Lod, 21. Dmitres Korbelis, 23. Niklas Hult, 26. Dmitrios Kolovetsios, 31. Rodriqo Moledo, 39. Anastasios Çatziqiovanis, 78. Usman Kulibali

Ehtiyat oyunçular: 27. Konstantinos Kotsaris, 5. Nuno Reis, 6. Kristos Donis, 11. Brayan Kabezas, 18. Lusiano, 41. Stefanos Evangelo, 49. Sotiris Pispas

Baş məşqçi: Marinos Ozounidis

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyslav Stankoviç, 9. Baqali Dabo, 12. Endryu Hellidey, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 16. Dion Malone, 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 21. Deyvi Bultyuz, 28. Steven Jozef-Monroz

Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 8. Qismət Əliyev, 11. Asif Məmmədov, 34. Urfan Abbasov, 45. Famussa Kone

Baş məşqçi: Roman Qriqorçuk