Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarının yarımfinal mərhələsinə start verilib. Mərhələnin açılış görüşündə “Qəbələ” doğma azarkeşlər önündə “Qarabağ” klubunu qəbul edib.
Görüş meydan sahiblərinin minimal hesabla qələbəsi ilə başa çatıb – 1:0.
Oyunda yeganə qolu matçın 72-ci dəqiqəsində Ceyms Adeniyi vurub.
Bu komandaların arasında cavab oyunu mayın 1-də keçiriləcək.