“Qəbələ” “Lill” səddini aşa biləcəkmi?

572

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinə start veriləcək. Yarışda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qəbələ” növbəti avrokubok matçına çıxacaq. “Qırmızı-qaralar” Fransada “Lill”in qonağı olacaqlar. Əvvəlki mərhələlərdə “Samtredia” (Gürcüstan) və MTK (Macarıstan) klublarını mübarizədən kənarlaşdıran “Qəbələ”ni bu dəfə daha ciddi sınaq qarşısındadı.

Ötən mövsüm turnirin qrup mərhələsində çıxış etmiş Roman Qriqorçukun komandası həmin uğuru təkrarlamaq üçün öncə “Lill” səddini aşmalıdı. Yeni mövsümdə keçirdyi bütün oyunlarda qol vuran təmsilçimiz Fransada da fərqlənib, qənaətbəxş nəticə əldə etməlidi.

Avropa Liqası
III təsnifat mərhələsi
İlk oyun
28 iyul

21:00. “Lill” (Fransa) – “Qəbələ” (Azərbaycan)
Baş hakim: Daniel Stefanski
Baş hakimin köməkçiləri: Rafal Rostkovski, David İqor Qolis
Dördüncü hakim: Zbiqniev Dobrinin (hamısı Polşa)
Hakim-inspektor: Frank de Bleker (Belçika)
UEFA nümayəndəsi: Pavel Kolev (Bolqarıstan)
Lill. “Pyer Morua” stadionu