“Qəbələ” “Kəpəz”ə böyük hesabla qalib gəlib

0
369

Topaz Premyer Liqasında XXV turun oyunları davam edir. Bu gün daha 2 görüş baş tutub. Topaz Premyer Liqasının XXV turu çərçivəsində “Qəbələ” klubu turnir cədvəlinin autsayderi “Kəpəz”ə 3:0 hesabı ilə qalib gəlib. Baş hakim Əliyar Ağayevin idarə etdiyi oyunda meydan sahiblərinin heyətində Filip Ozobiç (31-ci dəqiqə), Stiven Monroz (39-cu dəqiqə) və Cavid Hüseynov (45-ci dəqiqə) fərqləniblər. Bununla da mükafatlara iddialı Roman Qriqorçukun yetirmələri 5 oyunluq qələbə həsrətini qırıb. I dövrədə evdə bu rəqibə uduzan “qırmızı-qaralar” doğma azarkeşlər önündə həmin məğlubiyyəti 3:0-lıq qələbə ilə unutdurub. Bu qələbədən sonra “Qəbələ” 45 xalla turnir cədvəlində ikinci, Gəncə təmsilçisi isə 13 xalla sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, komandalar bu vaxtadək 19 dəfə qarşılaşıblar. “Qəbələ” səkkiz, “Kəpəz” altı dəfə qələbə qazanıb, beş matç bərabərliklə yekunlaşıb.

8 oyundu uduzmayan “Neftçi”nin seriyası “Keşlə” ilə oyunda qırılıb. Yuri Maksimovun komandası 2:1 hesablı qələbəyə sevinib. Çempionatda iddiası olmayan “Keşlə” ardıcıl qol vurduğu oyunların sayını da 11-ə çatdırıb. Yuri Maksimovun yetirmələri 2018-ci ildə keçirdiyi bütün matçlarda rəqib qapısına yol tapıb.

Tura aprelin 29-da “Kapital Bank Arena”da keçiriləcək Sumqayıt”-“Səbail” oyunu ilə yekun vurulacaq.

Topaz Premyer Liqası

XXV tur

 

28 aprel

“Qəbələ” – “Kəpəz” – 3:0

Qollar: Filip Ozobiç, 31; Stiven Monroz, 39, Cavid Hüseynov, 45+1

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim-inspektor: Murad Məmmədov

Qəbələ şəhər stadionu

Mövsümün əvvəlki oyunları: 0:2, 6:1, 1:0

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 14. Cavid Hüseynov (k), 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 34. Urfan Abbasov, 45. Famussa Kone
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 6. Elvin Məmmədov, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 16. Omar Malone, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 74. Yusif Nəbiyev
Baş məşqçi: Roman Qriqorçuk

 

“Kəpəz”: 22. Sergey Litovçenko, 15. İqor Korotetski, 13. Şəhriyar Rəhimov (k), 5. Tural Nərimanov, 18. Tural Cəlilov, 16. Quili Mandqaladze, 8. Samir Zərgərov, 7. Roman Hüseynov,
91. Dario Federiko, 20. Tərzin Cahangirov, 9. İlkin Sadıqov
Ehtiyat oyunçular: 1. Davud Kərimi, 2. Yusif Cəfərov, 21. Murad Səttarlı, 6. Ceyhun Cavadov, 10. Tural Rzayev, 11. Kamran Abdullazadə, 12. İlyas Səfərzadə
Baş məşqçi: Yunis Hüseynov

 

“Keşlə” – “Neftçi” – 2:1

Qollar: Vaqif Cavadov, 21; Adrian Skarlatake, 68 – Namiq Ələsgərov, 42
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Nahid Əliyev, Ömər Paşayev

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Füzuli Nəcəfov

“İnter Arena”

Mövsümün əvvəlki oyunları: 0:2, 1:3, 2:3

 

“Keşlə”: 1. Kamran Ağayev (k), 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov, 10. Sezar Meza Kolli, 14. Andre Klennon, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 40. Nemanya Stoyanoviç, 90. Ebrima Sohna
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 19. Pablo Podio, 21. Herve Tçami, 22. Məqsəd İsayev, 39. Əlibəy Məmmədli, 58. Sinan Akkoyun, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev
Baş məşqçi: Yuri Maksimov

 

“Neftçi”: 1. Səlahət Ağayev, 15. Ruslan Abışov (k), 6. Rəşad Sadiqov, 21. Məhəmməd Mirzəbəyov, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 10. Derlis Meza Koll, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 11. İqnasio Herrera, 22. Mirabdulla Abbasov
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 97. Elnur Cəfərov, 77. Elvin Sərkərov, 3. Fərid Abbaslı, 26. Ömər Buludov, 9. Lukas Qomes, 19. Fransisko Qarsiya, 12. Mayk Kampaz
Baş məşqçi: Tərlan Əhmədov

 

Turnir cədvəli

 

1. Qarabağ 25 19 5 1 36-9 62
2. Qəbələ 25 13 6 6 40-24 45
3. Sumqayıt 24 11 6 7 31-26 39
4. Neftçi 25 11 4 10 33-26 37
5. Zirə 25 9 8 8 31-28 35
6 Keşlə 25 6 6 13 24-38 24
7. Səbail 24 5 5 14 16-33 20
8. Kəpəz 25 3 4 18 15-42 13

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) – 12