Putinin müdrik gedişi

0
286

Rusiya Mərkəzi Bankı ilin əvvəlindən qızıl alınmasını maksimumadək artırıb. Bu barədə Bloomberg Beynəlxalq Valyuta Fonduna istinadla məlumat yayıb. Nəşrin məlumatına görə, iyul ayında Rusiya 26 tondan çox qızıl alıb. Beləliklə, qızıl ehtiyatlarının ümumi miqdarı 2170 tona çatıb və onun dəyəri 77,4 milyard dollar həcmində qiymətləndirilir.

“Bu, Putin tərəfindən çox müdrik gedişdir. Rusiya hazırda maliyyə müharibəsi vəziyyətindədir. Onlar dollardan yaxa qurtarır və qızıl alırlar. Bu, onları sanksiyalardan və dollar aktivlərinin dondurulmasından müdafiə edir”, – deyə Strategic Intelligence nəşrinin redaktoru Cim Riçards bildirir.