Putin Ukraynaya hücum etmək niyyətindədirmi?

58

ABŞ administrasiyası Rusiya prezidenti Vladimir Putinin Ukraynanı işğal etmək qərarına gəldiyini iddia edir.
alpaninfo.com yeniavaz.com-a istinadən bildirir ki, bu barədə ötən gün Ağ Evdə jurnalistlərə açıqlama verən ABŞ prezidenti Co Bayden bildirib.
Jurnalistin “Putin Ukraynaya hücum etmək niyyətindədirmi” sualına ABŞ prezidenti “Bəli” cavabını verib.
Bayden iddia edir ki, Rusiya qüvvələri yaxın günlərdə Ukraynaya hücum etmək niyyətindədir:
“Rusiya qüvvələri indiyədək Ukraynanı Belarus tərəfdən, Rusiyanın Ukrayna ilə sərhədi boyunca və cənubda Qara dənizə qədər mühasirəyə alıb. Rusiya qüvvələrinin gələn həftə, yaxın günlərdə Ukraynaya hücum etməyi planlaşdırdığını və niyyətində olduğunu düşünməyə əsasımız var. Biz inanırıq ki, onlar Ukraynanın paytaxtı Kiyevi, 2,8 milyon günahsız insanın yaşadığı şəhəri hədəfə alacaqlar”.