Putin oktyabrın 10-da Türkiyəyə səfər edəcək

511

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 10-da Türkiyəyə səfər edəcək. Bunu jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib. Onun sözlərinə görə, V. Putin səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək və ümumdünya energetika konqresində çıxış edəcək.