“Putinə də dedim, Türkiyə haqlıdır”

0
613

ABŞ Prezidenti Barak Obama, Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanla Parisdəki görüşündə Rusiya ilə gərginliyin aradan qaldırılmasını istədiyini deyib.

B. Obama Rusiya hərbi təyyarəsinin vurulmasından sonra yaranmış durumu və Rusiya ilə Türkiyənin bundan sonra necə əməkdaşlıq edə biləcəklərini müzakirə etdiklərini bildirib: “Türkiyənin özünümüdafiə hüququnu dəstəkləyirik. Putinə də dedim. Türkiyə haqlıdır. Gərginliyi azaltmaq lazımdır”. Liderlərin görüşündən sonra açıqlama verən Ərdoğan, NATO-nun müttəfiqini müdafiə etməli olduğuna diqqət çəkib. Həmçinin, ABŞ-ın Türkiyə ilə hərbi əməkdaşlığın genişləndirilməsinə təkan verməyə çox istəkli olduğunu qeyd edib. Terror təşkilatı IŞİD-i ortaq düşmən adlandıran Obama, Rusiyanı hava hücumlarında bu təşkilata qarşı olması mövzusunda razı salmağa çalışdığını da deyib: “Türkiyə bu məsələdə öz dəstəyini verir. Miqrantlarla bağlı gördüyü işləri də yaxşı bilirəm”.

Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan isə IŞİD-lə mübarizədən əlavə, Rusiya və Türkiyə arasında meydana gələn hadisələri Obama ilə danışdığını bildirib. Hər iki ölkənin Xarici İşlər Nazirinin də iştirak etdiyi görüşdə Ərdoğan: “Buradakı dərdimiz bu işi diplomatik çərçivədə necə həll edəcəyimizdir. Doğurdanda bu hadisələr bizləri də üzür. Hər iki tərəfə də bunun ziyanı var. İstəyimiz, bundan zərərlə yox, əksinə bunu xeyirə çevirmək məqsədilə bölgədə sabitliyə nail olmaqdır”-deyib.

Bayırbucaq Türkmənlərinin olduğu və IŞİD-in olmadığı bölgənin davamlı bombalanması nəticəsində son 3 ayda 200-dən çox insanın öldürüldüyünü deyən Ərdoğan, bunun dünya sülhünə zərbə olduğunu bildirib.