Azərbaycan Mərkəzi Bankı (AMB) rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyuta ilə əməliyyatların aparılması Qaydalarına dəyişiklik edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bank sektorundakı mənbə məlumat verib. “Dəyişikliklərə əsasən, fiziki şəxs xaricə aylıq 30 min ABŞ dolları, o cümlədən bank hesabı vasitəsilə 10 min ABŞ dolları, hesab açmadan 10 min ABŞ dolları, yaxın qohumlara 10 min ABŞ dollarınadək vəsait göndərə bilər», – deyə mənbə bildirib. Onun sözlərinə görə, qohumların sayından asılı olmayaraq bu məqsədlər üçün xaricə pul köçürmələrinin limiti 10 min ABŞ dolları təşkil edir.
Son xəbərlər
5-ci dəfə keçirilən Bakı marafonunun qalibləri mükafatlandırılıb
Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci Bakı marafonu keçirilib.
“Küləyə qalib gəl” şüarı altında keçirilən "Bakı Marafonu-2022”də 15 minədək iştirakçı qeydiyyatdan keçib. Marafonda...