Prosineçki ilk səfərdən bir xalla qayıdır

638

Bu gün futbol üzrə Azərbaycan milli komandası AVRO-2016-nın seçmə mərhələsində növbəti oyununu keçirib.  H qrupunda yer alan yığmamız Norveç millisinin qonağı olub. Oyun 0:0 hesabı il başa çatıb.

Qeyd edek ki. bu tsikldə 3-cü səfər matçına çıxan millimiz ümumilikdə 6-cı oyununu keçirəb. Əvvəlki iki səfər qarşılaşması komandamız üçün uğursuz nəticələnmişdi.

O vaxt Berti Foqtsun çalışdırdığı millimiz Xorvatiyadan 0:6, İtaliyadan isə 1:2 hesablı məğlubiyyətlə dönmüşdü.

Komandamızın baş məşqçisi Robert Prosineçki üçün isə bu, ilk səfər görüşü olub. Xorvat mütəxəssis ümumilikdə 3-cü dəfə əsas komandamızı oyuna çıxarıb. Əvvəlki iki oyunun biri rəsmi (Malta ilə Bakıda 2:0), digəri isə hazırlıq matçı (Serbiya ilə Avstriyada 1:4) olub.

Bu, həm də skandinaviyalılarla cari mərhələdə ikinci görüşümüz olub. İlk oyunda Bakıda rəqibə 0:1 hesabı ilə yenilən millimiz revanş arzusunda idi, lakin bu baş tutmayıb. Millimiz bir xalla kifayətlənib..

Norveçlə əvvəlki qarşılaşmalarda millinin nəticələri o qədər də ürəkaçan deyil. DÇ-1998-in seçmə mərhələsində də evdə tək qola üzülmüşdük. Ancaq o vaxtkı səfər qarşılaşması bizim üçün daha acınacaqlı olmuşdu – 0:5.