Problemlər həllini tapacaq 

72

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə  növbəti səyyar görüşü  şəhərin Sağ sahilində yerləşən  M. Müşfiq küçəsində keçirilib. Başçı  əvvəlcə qeyd etdi ki, bu görüşlər birbaşa ölkə Prezidentinin tapşırığı əsasənda keçirilir, məqsəd insanlarla yerlərdə görüşmək, onları narahat edən problemləri öyrənmək, sakinlərə şəhərdə görülən işlərlə bağlı məlumatlar vermək və onları narahat edən problemlərin həllinə dəstək verməkdir.

Sonra görüş iştirakçılarının ixtiyarına verilmiş sərbəst mikrofondan istifadə edərək sakinlər öz sözlərini deyiblər. Sakinlərin bir çoxu  yaşadıqları ərazidə sahibsiz itlərin çoxalmasını, tüstü bacalarının təmizlənməməsini, blokların pəncərələrinin olmamasını, istilik sisteminin bərpasının, həmçinin məhəllələrin işıqlandırılmasının vacibliyini dilə gətiriblər.

Sakinlərin qaldırdıqları məsələlərə diqqətlə yanaşan icra başçısı problemlərin mərhələ-mərhələ həllini tapacağını bildirib.

Esmira Hidayətova, Mingəçevir