Türkiyə Böyük Millət Məclisi prezident üsul-idarəsinə keçidi nəzərdə tutan dəyişiklik layihəsini qəbul edib. “Anadolu” agentliyinin verdiyi xəbərə görə, səsvermə yanvarın 21-də baş tutub. Səsvermədə iştirak edən 448 deputatdan 339-u qanun layihəsinin lehinə səs verib. Beləliklə, qanun layihəsi referenduma çıxarılacaq. Ümumxalq səsvermənin 26 mart-18 aprel tarixləri arasında keçirilməsi planlaşdırılır. Qeyd edək ki, konstitusiya dəyişikliklərinin qəbul olunması üçün 330 deputatın səsi kifayət edirdi.APA
Son xəbərlər
“Azovstal” müdafiəçiləri niyə təslim oldu? – Zelenski
Onlar birmənalı olaraq qəhrəmandırlar. Xüsusi vurğulamaq istəyirəm ki, orda 400 sərhədçi, çoxsaylı milli qvardiyaçı, desant, hətta Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndələri, adi insanlar var. Onlar...