Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. Dövlət başçısı İlham Əliyev əvvəlcə Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub. Ali Baş Komandan hərbi şəhərciyin rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub. Sonra dövlət başçısı, Ali Baş Komandan hərbi qulluqçularla görüşüb.
Son xəbərlər
Nicat Kazımov: “Kral Atçılıq Şousu”nda hər il ən isti münasibət Qarabağ...
“Vindzor Kral Atçılıq Şousu”nda hər il ən isti münasibət Qarabağ atlarına qarşı olur.
Bu fikirləri azərtac-a açıqlamasında “Vindzor Kral Atçılıq Şousu”nda iştirak edən Azərbaycan nümayəndə...