Prezident aztəminatlı ailələri sevindirdi

0
527

 

Prezident İlham Əliyev bayramqabağı aztəminatlı ailələr haqqında sərəncam verib. Sərəncam belə ailələrə birdəfəlik yardımın verilməsi ilə bağlıdır.
Sərəncamda qeyd edilir ki, 2015-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə 50 (əlli) manat məbləğində birdəfəlik yardım ödənilsin.
Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5,3 milyon (beş milyon üç yüz min) manat ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamın 2-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə birdəfəlik yardımın ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürülməsini təmin etmək tapşırılıb.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.

anspress