Prezident əfv sərəncamı imzalayıb

399

Azərbaycanda növbəti əfv verilib.

Azərbaycan prezidenti İlham Əliyev bu gün bu barədə sərəncam imzalayıb. Millət vəkili, Əfv Məsələləri üzrə Komissiyanın üzvü Elmira Axundova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu əfv sərəncamı 1995-ci ildən bu yana imzalanmış ən geniş həcmlisidir:

“400-dən yuxarı şəxsə şamil oluna bilər. Son 1 il ərzində Əfv Komissiyası toplaşmamışdı, buna səbəb isə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın ötən ilin 28 mayında verdiyi amnistiya aktı ilə bağlı idi. İşlər onun icrasına yönəlmişdi. Biz qərara gəldik ki, il ərzində yığılmış ərizələrə baxaq. Komissiyanın 8 iclası keçirildi”.