Portuqaliya və Rusiya da evə qayıdır

0
544

G qrupunda 2 almaniyalı baş məşqçinin çalışdığı komanda üz-üzə gəlib. Millimizin çalışdırıcısı Berti Foqtsun müşaviri olduğu Yürgün Klinsmannın işlədiyi ABŞ yığması gözəl oyununu Yöahim Lövün Almaniyası üzərində də göstərməyə çalışıb. Qələbə qazanan tərəf 1/8 finala qrupun qalibi kimi yollanıb. Bu komanda Almaniya olub, Almanlar Müllerin 55-ci dəqiqədə vurduğu yeganə qol sayəsində qrupun qalibi olublar.

Portuqaliya ilə Qana isə nəzəri şansları üçün mübarizə aparıblar. Daha çox top fərqi ilə qalib gələn tərəf 1/8 finala çıxa bilərdi. Portuqaliya bu oyunda qalib gəlib. Amma 2:1 hesablı qələbə Ronaldonun komandasına qrupdan çıxmağa kömək etməyib. Portuqaliyalılar top fərqində ABŞ-a uduzduqlarından, növbəti mərhələyə Şimali Amerika təmsilçisi çıxıb.

İyunun 27-də  H qrupunda baş tutan görüşlərdə Cənubi Koreya Belçika ilə, Əlcəzair isə Rusiya ilə üz-üzə gəlib.

gggBelçika hələ 2-ci turdan sonra 1/8 finala vəsiqəni özünə təmin edib. İkinci vəsiqənin taleyi isə Rusiya-Əlcəzair matçında həll olunub. Ruslar hələ oyunun əvvəlində hesabı açsalar da, əlcəzairlilər hesabı bərabərləşdiriblər. Heç-heçə Əlcəzair millisinə növbəti mərhələyə çıxmaq imkanı verib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here