“Portu” da dörddəbir final mərhələsinə vəsiqə qazanıb

344

Martın 6-da UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin növbəti oyunları keçirilib. Mərhələnin növbəti qarşılaşması Portuqaliyada oynanılıb. “Portu” doğma azarkeşlər önündə İtaliyanın “Roma” komandasını qəbul edib. Bu komandaların arasında ilk görüş “Roma”ın 2:1 hesablı qələbəsi ilə başa çatmışdı. Cavab qarşılaşması “Portu”nun eyni hesabla qələbəsi ilə başa çatdığı üçün qalibi müəyyən etmək üçün əlavə olunmuş dəqiqələr oynanılıb. Matçın 116-ci dəqiqəsində portuqaliyalılar qələbə topunu vuraraq iki oyunun nəticəsinə əsasən UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

İngiltərənin “Mançester Yunayted” komandası isə səfərdə “Paris Sen-Jermen” klubunun qonağı olub.

Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Öz meydanında 2:0 hesablı məğlubiyyətə baxmayaraq ingilislər iki oyunun nəticəsinə əsasən UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinə vəsiqə qazanıb.