Pike Şakira ilə gəldi, Qvardiola isə…

532

Kataloniya Futbol Federasiyası bu ilin ən yaxşı məşqçi və futbolçusunu mükafatlandırıb. “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola ən yaxşı katalon məşqçi, “Barselona”nın müdafiəçisi Jerar Pike ən yaxşı katalon oyunçu seçilib.

Qeyd edək ki, J.Pike ötən il də ən yaxşı katalon futbolçu mükafatına layiq görülüb.

Məlumata görə, Pike bununla bağlı keçirilən mərasimə həyat yoldaşı Şakira ilə birgə gəlib. Pike öz çıxışında ikinci dəfə belə mükafat layiq görüldüyü üçün qürur duyduğunu bildirib. Qeyd edək ki, Pike və Şakiranın iki oğlu var: Milan və Saşa.

Amma Pep Qvardiola mükafatlandırılma mərasimində iştirak etməyib. O, öz təşəkkürünü Kataloniya Futbol Federasiyasına göndərdiyi video ilə izhar edib.